Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib

“Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq olunub:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.