Əliyev: Azərbaycan Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb

Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib.
Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.