İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
11:00 22.10.2025
Rəsmi
1202
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Sherg.az xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev “İstiqlal ”ordenini Yaqub Eyyubova təqdim edərək dedi: Sizi təbrik edirəm.
Yaqub Eyyubov: Təşəkkür edirəm.
Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi. O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi: “Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur”.
“İstiqlal” ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirdi: “Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim”.
Prezident İlham Əliyev: Çox sağ olun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya