Prezident Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə rəsmi "İnstagram" səhiəsində paylaşım edib.
Sherg.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".