Netanyahu Trampın təhqirlərinə cavab verdi
Yusif Nəzərli
06:46 11.12.2021
Dünya
648
İsrailin keçmiş baş naziri, “Likud” partiyasının lideri Benyamin Netanyahu ABŞ-ın eks-prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi təhqiramizsözlərinə reaksiya verib.
Tramp İsrailin keçmiş hökumət başçısını nalayiq söyüşlə söyərək, Co Baydeni ABŞ lideri seçilməsi münasibətilə təbrik edəndən bəri onunla əlaqə saxlamadığını deyib.
“Mən əməkdaşlıq etdiyim bütün insanlarla müqayisədə, məhz onun üçün daha çox şey etmişəm. Halbuki, o, Baydeni təbrik etməyə bilərdi. O vaxtdan bəri onunla danışmamışam”, - deyə Tramp bildirib və ardınca da Netanyahunu söyüb.
“Keçmiş hökumət başçısı Benyamin Netanyahu eks-prezident Donald Trampın İsrail dövlətinin rifahı və onun təhlükəsizliyi naminə fəaliyyətini yüksək qiymətləndirir. Lakin Netanyahu İsrail və ABŞ arasında müttəfiqliyin əhəmiyyətini də anlayır. Bu səbəbdən də onun ABŞ prezidenti Co Baydeni vəzifəyə seçilməsi münasibətilə təbrik etməsi vacib idi”, - deyə “Likud” partiyasının mətbuat xidmətindən cavab olaraq bildirilib.
Mənbə: “RİA Novosti”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial