Mərkəzi Elmi Kitabxanada Elmi-Metodiki Şura yaradılıb
Yusif Nəzərli
10:56 30.03.2023
Elm və Təhsil
1394
29 mart 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında illər sonra yaradılan Elmi-Metodiki Şuranın ilk iclası keçirilib.
"Sherg.az" xəbər verir ki, iclas MEK-in baş direktoru, professor Məmməd Əliyevin sədrliyi ilə Şura üzvlərinin iştirakı ilə baş tutub.
İclası açıq elan edən MEK-in baş direktoru professor Məmməd Əliyev öncə Kitabxanada Elmi-Metodiki Şuranın yaradılması haqqında AMEA Rəyasət Heyətinin Qərarını səsləndirib. Baş direktor qeyd edib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə məktubla müraciət edərək kitabxananın istiqamətləndirilməsi, burada nəşrə hazırlanan kitabların müzakirəsinin keçirilməsi, kitabxana işində yeniliklərin tətbiqinin təhlilinin aparılması və əməli işə tətbiqinə nəzarətin həyata keçirilməsi məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki şuranın yaradılması haqqında vəsatət qaldırmışdır. “Bu vəsatət nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən MEK-də Elmi-Metodik Şuranın yaradılması qərara alınıb. Bunun üçün akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlığımızı bildiririk”, - deyə professor Məmməd Əliyev vurğulayıb.
Baş direktor, həmçinin uzun illərdən sonra kitabxanada yenidən yaradılan Elmi-Metodiki Şuranın işində uğurlar arzulayıb.
Qeyd edək ki, Elmi-Metodiki Şuranın sədri MEK-in baş direktoru, f.e.d., professor Məmməd Əliyev, sədr müavini icraçı direktor, f.ü.f.d., dosent Şəhla Quliyeva, elmi katib kitabxananın Kataloqlaşdırma şöbəsinin əməkdaşı Şəbnəm Rüstəmova, üzvləri BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşı, professor Xəlil İsmayılov, fakültənin dekanı, dosent Ələmdar Bayramov, ADA Universiteti Kitabxanasının direktoru, t.ü.f.d. Elçin Məmmədov, BDU-nun Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, AMEA-nın “Elm” Nəşriyyatının baş direktoru, f.ü.f.d. Səbuhi Qəhrəmanov, MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı, f.ü.f.d. Şəfəq Əliyeva, Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova və Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova seçiliblər.
İclas gündəlikdə olan məsələlərlə işini davam etdirib, Elmi-Metodiki Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya