
"Azərbaycan, Türkiyə Paşinyan hökumətinə dəstək verməlidir..." - Sülhəddin Əkbər
10:16 06.07.2023
Aktual
637
"Baş nazir, onun hökuməti, eyni zamanda onların arxasında duran eloktorat sülh və Qarabağın məsələsinin qapanmasını istəyir"
Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişi ilə bağlı yeni açıqlama verib. Baş nazir bildirib ki, hələlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil. Paşinyan Azərbaycan lideri ilə görüşünün anonsunu da verib:
“Yaxın vaxtlarda Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyişi daha əsaslı hala gətirə biləcəyik. Bütün məsələlər diplomatik yolla həll edilməlidir”.

Xatırladaq ki, Paşinyan bir gün öncə də qeyd etmişdi ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur. Baş nazir vurğulamışdı ki, sülh Ermənistanın suverenliyi və təhlükəsizliyi üçün ən etibarlı elementdir.
Son günlər Ermənistan baş nazirinin tez-tez sülhdən bəhs etməsini Sherg.az-a dəyərləndirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, bütün mövcud şərtləri və şəraiti nəzərə alan Paşinyan, onun hökuməti, eyni zamanda onların arxasında duran eloktorat sülh və Qarabağın məsələsinin qapanmasını istəyir. Partiya rəhbərinin sözlərinə görə, əgər belə olmasaydı, erməni cəmiyyəti 44 günlük müharibəni uduzan Paşinyana məğlubiyyətdən sonrakı seçkidə səs verməzdi:
"Sülh müqaviləsinin imzalanması məsələsində Azərbaycanın əsas tərəf müqabili Paşinyan hökumətidir. Azərbaycan bu fürsətdən istifadə etməlidir. Amma sülhə mane olan amillərin, faktorların olması başqa məsələdir. Bu əngəllər ilk növbədə Rusiya, Ermənistanda güclü "5-ci kolon" sayılan revanşistlər, Qarabağdakı separatçılar, onların İrəvandakı uzantıları, erməni kilsəsi və diasporasıdır. Bundan əlavə Fransa və İran da iki ölkə arasında sülhün əldə olunmasına maneçilik törədir. Təbii ki, Paris və Tehranın təzyiqləri Rusiya və digər faktorlar qədər güclü deyil, amma bu amillər də önəmlidir".
Müsahibimizin fikrincə, Paşinyanın açıqlamasında iki diqqətçəkən nüans var:
"Birincisi odur ki, baş nazir sülh mətninin hələ hazır olmadığını söyləyir. İkincisi isə deyir ki, şərait hələ yetişməyib. Ona görə də sülh istəyən digər qüvvələr - Azərbaycan, Türkiyə və digər tərəfdaşlarımız, müttəfiqlərimiz, o cümlədən ABŞ və Avropa Birliyi bu məsələdə Paşinyan hökumətinə dəstək verməli, İrəvan hakimiyyətini cəsarətləndirməlidir. Paşinyan cəsarətlənərək riskləri üzərinə götürməlidir. Ermənistanda kim sülh müqaviləsinə imza atacaqsa, həmin şəxs fiziki olaraq ortadan götürülmək və xain damğası yemək risklərini də gözə almalıdır".
S.Əkbər vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi dedikdə iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması barədə saziş nəzərdə tutulur. Buna sülhün əsas prinsiplərin yer aldığı çərçivə sənədi kimi də baxmaq olar. Məsələn, ilk növbədə tərəflərin qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyini tanıması, hörmət etməsi, yenidən ərazi iddiaları ilə çıxış etməmək və s. ümumi məsələlər öz əksini tapacaq. Sərhədlərin delimitasiya və demarkasiyası ayrıca məsələdir. Azərbaycan və Ermənistan arasında üç əsas məsələ var. Bunlar sülh və dövlətlərarası münasibətlərin qurulması, sərhədlərin delimitasiya və demarkasiyası, İkinci Qarabağ savaşından sonra imzalanmış üçtərəfli bəyanatın icrasıdır. Üç məsələni bir-birindən ayırmaq lazımdır".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya