Rektorlar 5 il müddətində dəyişilməlidir
Yusif Nəzərli
13:53 16.07.2023
Elm və Təhsil
843
Dünyanın inkişafından geri qalırıq
Bu qanunun icrası digər alimlərin də rektor olmaq şanslarını artırır
“Ancaq müddətsiz rektorluq institutu pessimist mühiti gücləndirirdi. İndinin özündə elə rektorlar var ki, 5 il müddətində çox böyük işlər görüblər”
Azərbaycanda 20 ildən çox, hətta 32 ildir işləyən rektorlar var, onlar artıq durğunluq yaradırlar. Halbuki qanunvericiliklə rektorlar 5 ildən bir təyin olunmalıdır”. Bu fikirləri deputat Etibar Əliyev Milli Məclisin iclasında bildirib.
Deputat qeyd edib ki, Elm və Təhsil Nazirliyi yalnız normativ sənədlərlə işləyir: “Təhsil ocaqlarında özbaşınalıq, korrupsiya halları hələ də qalır. Pedaqoji və Tibb Universiteti nəinki top siyahı, heç 1500 universitet içində belə yoxdur. Düşünə bilirsiniz ki, ölkədə müəllim və həkim yetişdirən təhsil ocaqlarının vəziyyəti necə acınacaqlıdır?!”.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, ali məktəblərin inkişafdan geri qalmasının, müasir tələblərə lazımi səviyyədə cavab verə bilməmələrinin əsas səbəbi də onların fəaliyyətindəki müddətsizliklə bağlıdır: “Rektorların müddətsiz təyinatı onlarda arxayınçılığı gücləndirir.
Rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Bəzi ali təhsil müəssisələrində rektorlar özlərini bazar müdiri hesab edir.
Respublikanın uzunömürlü rektorlarının rəhbərlik etdikləri universitetlər ilə müqayisədə, yeni təyin olunmuş rektorlar öz yenilikləri, təşəbbüskarlıqları ilə fərqləniblər, rəhbərlik etdikləri təhsil ocaqlarının nüfuzunu qaldırıblar”.
K.Əsədov böyük təəssüf hissi ilə qeyd edib ki, hələ də Azərbaycan Ali təhsil müəssisələri dünyanın nüfuzlu beynəlxalq reytinq cədvəlində ilk minlikdə və tövsiyə olunan universitetlərdən deyil:
“Universitetlərin reytinq cədvəllərində yer alması üçün onlara rəhbərlik edən şəxslər yenilikçi olmalı, dünya təhsilini yaxından izləməli, universitetin fəaliyyətini buna uyğun həyata keçirməlidirlər.
İndiki dövrdə hansısa rektorun 20 ilə yaxın işləməsi düzgün hesab olunmur. Yəni işləmək müddəti var. Hətta ölkə rəhbərlərinə də müddət tətbiq olunur. Bəs nəyə görə bu müddət rektorlara şamil olunmasın? Qanuna görə, rektorlar 5 il müddətində dəyişilməlidir. Bu qanunun icrası digər alimlərin də rektor olmaq şanslarını artırır. Ancaq müddətsiz rektorluq institutu pessimist mühiti gücləndirirdi. İndinin özündə elə rektorlar var ki, 5 il müddətində çox böyük işlər görüblər. Onlar praqmatik rektorlardır və zaman faktoru onlar üçün önəmli deyil. Düşünürəm ki, 5 il müddətində universitet rektorunun fəaliyyəti mütəmadi olaraq monitorinq edilməli, universitet həmin müddətdə akkreditasiyadan keçməlidir. Ümumiyyətlə, gərək bütün vəzifələrdə insanlar ya vaxtaşırı dəyişdirilsin, ya seçilsinlər, ya da yenidən təyin olunsunlar. Məsuliyyət hissi olmalıdır ki, idarəçilər bu vəzifənin özəlləşmiş vəzifə olmadığını dərk etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya