“Bu müsabiqənin də məqsədi yaza bilən, potensialı olan imzaları üzə çıxarmaqdır”
Ədəbi müsabiqələrdə yaş məhdudiyyəti olmalıdırmı? - Cəlil Cavanşir:
06:23 31.01.2024
Ədəbiyyat
1547
"35 yaşına qədər çox ciddi əsərlər yazmış xeyli müəllif sadalaya bilərəm”
“Bu müsabiqənin də məqsədi yaza bilən, potensialı olan imzaları üzə çıxarmaqdır”
“Bu müsabiqənin də məqsədi yaza bilən, potensialı olan imzaları üzə çıxarmaqdır”
“TEAS Press” yayım evi yeni roman müsabiqəsi elan edib. Bu, ilk növbədə, yeni yazarların nəşr edilməsi üçün bir seleksiya işi hesab edilməlidir.
Müasir ədəbiyyatımızın inkişafı və gənc yazıçılara dəstək məqsədilə təşkil olunan müsabiqəyə hər müəllif tərəfindən yalnız bir əsər təqdim edilə bilər. Əsərlər Azərbaycan dilində, roman janrında yazılmalı və müsabiqə üçün müəyyən olunmuş meyarlara cavab vermək şərti ilə indiyədək heç yerdə çap olunmamalıdır.
Müsabiqə iştirakçılarının yaş həddi 18-35 arasında olmalıdır.
Yayım evinin müsabiqədə iştirak üçün yaş məhdudiyyəti tələbi yazarlar arasında birmənalı qarşılanmayıb.
Maraqlıdır, ədəbi müsabiqələrdə yaş məhdudiyyəti olmalıdırmı?
Yazıçı Azad Qaradərəli sosial media hesabında bu mövzuya toxunub. Onun fikrincə, roman müsabiqəsinə 35 yaşa qədər olan yazarların qoşulması tələbi çox gülməlidir:
“Ay kişi, bir şeyin ki, adı ROMAN ola, onu 35 yaşında cavan necə yazsın?! Ay başınıza dönüm, adam gərək bir-iki dəfə yıxıla, dura, roman yaşaya, yaralarını sarıya və qüvvə toplayıb girişə roman yazmağa... (Əlbəttə, əlahiddə istedaddan danışımıram, daha beləsinə heç müsabiqə-zad da lazım deyil!) Yoxsa ki, bu cavan-çoluğu yolundan eləməyin, qoyun bu ağır dövrdə, çörəyin ilan ağzında olduğu vaxtda gedib özlərinə bir gün ağlasınlar...
Onu da deyim ki, istənilən halda ədəbiyyat müsabiqələrini dəstəkləyirəm. İndi bizə belə şeylər hava və su kimi lazımdır. Amma və lakin... elan etməmişdən qabaq bir söz bilənlə məsləhətləşin... Uğurlar, yazana da, yazdırana da!”.
Yazar Cəlil Cavanşir isə “Sherg.az"a açıqlamasında “TEAS Press” nəşrlər evinin gənclər üçün elan etdiyi müsabiqənin alqışalayiq olduğunu vurğulayıb:
“Birinci müsabiqə çox gözəl təşkil olunmuşdu, münsiflər heyəti çox ciddi imzalar idi. Amma ədəbi mühitdə səs-küyə, ajiotaja səbəb olmadı. Çünki məhz yaş məhdudiyyəti ilə bağlı müsabiqəyə çox adam qoşula bilməmişdi. Lakin gənclər arasında da roman müsabiqəsi keçirməyi normal və vacib hesab edirəm. 35 yaşına qədər çox ciddi əsərlər yazmış xeyli müəllif sadalaya bilərəm. Bu müsabiqənin də məqsədi yaza bilən, potensialı olan imzaları üzə çıxarmaqdır. Azad Qaradərəli mənim sevdiyim yazıçıdır, xətri əziz, sayğıdəyər insandır. Amma dövlətdən tələb olunmalı şeyləri özəl nəşriyyatlardan, qurumlardan tələb etmək insafsızlıqdır. İndi bir özəl nəşriyyat normal büdcəli müsabiqə elan edib, 35 yaşa qədər olan yazıçılara şərait yaradır, biz bu nəşriyyatı niyə ələ salaq, tənqid edək? Uğurlar arzulayaq və dəstəkləyək ki, gözəl işlər çoxalsın, ənənə halını alsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya