Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
08:05 03.05.2024
Hərbi
515
Müxtəlif ölkələrin hərbi qulluqçularının iştirak etdiyi kompüter dəstəkli komanda-qərargah təliminin icra mərhələsi keçirilir.
Sherg.az MN-ə istinadən xəbər verir ki, təlimin ilkin mərhələsində təlimə nəzarət qərargahının hazırlıq prosesi həyata keçirilib, ssenari və icra olunacaq tapşırıqlara dair brifinq verilib.
Bildirilib ki, komanda-qərargah təlimində əsas diqqət qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.
Bundan başqa, çoxmillətli Müştərək Tapşırıq Qüvvəsinin qərargahında tətbiq olunan kompüter dəstəkli komanda-idarəetmə sistemləri təlim iştirakçıları tərəfindən məşq etdirilib.
Plana uyğun olaraq, təlimin icra mərhələsində çoxmillətli qərargaha daxil olan müdaxilələr əsasında müxtəlif tapşırıqlar icra olunur.
Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Qeyd edilib ki, mayın 30-dək keçiriləcək “EFES - 2024” çoxmillətli təlimi çərçivəsində kompüter dəstəkli komanda-qərargah fəaliyyətləri və döyüş atışlı praktiki məşqlər icra olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol