
Paşinyanın Rusiyaya səfərindən gözləntilər
15:38 04.05.2024
Siyasət
475
Baş nazir Putinlə görüşündən sonra Ermənistanın Avropa İttifaqı və NATO-ya inteqrasiya arzularına yenidən baxmalı olacaq Ermənistan Azərbaycanın təkliflərini qəbul etmək istiqamətində daha real addımlar atmalı olacaq
"Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır. Onun 44 günlük Vətən savaşından sonra regionda sülh və əməkdaşlıq platforması kimi təqdim etdiyi “3+3” formatı hazırda ölkəmizi Qərbin açıq hədəfinə gətirsə də, artıq bütün Cənubi Qafqazın yeganə xilas düsturu sayılır". Bu sözləri politoloq Elxan Şükürlü deyib. Ekspert bildirib ki, Qərbin şirnikləndirici və təhrikçi davranışlarına aldanmayan İlham Əliyevin Rusiya Prezidenti Putinlə qarşılıqlı hörmət, inam və etibara əsaslanan münasibətləri qonşu Gürcüstan və Ermənistanla yanaşı, elə Avropa İttifaqı və NATO-ya inteqrasiya kursu seçmiş Ukrayna və Moldova üçün də yeni cəlbedici nümunəyə çevrilib:

"Baxın, son günlər Gürcüstanda yaşanan hadisələr zamanı bu ölkənin əsas siyasi gücünün - “Gürcü Arzusu” Partiyasının qurucusu, keçmiş baş nazir Bidzina İvanişvili artıq kölgədən çıxaraq, yenidən aktiv siyasətə dönüb və 29 apreldə qatıldığı mitinqdə açıq şəkildə Qərbi ittiham edib. İvanişvili 2008-ci ildə Gürcüstan, 2014 və 2022-ci ildə isə Ukraynada torpaqların işğalıyla nəticələnən hadisələrin məsuliyyətini birbaşa Qərbin üzərinə yıxaraq, onları hər iki ölkənin Rusiya ilə münasibətlərini qəsdən korlamaqda suçlayıb. Missiyasının hələ sona çatmadığını, Gürcüstanın tam suverenliyini əldə edənədək mübarizə aparacağını xüsusi vurğulayan İvanişvili onu da bildirib ki, Qərbin Gürcüstan üzərindən Rusiya əleyhinə ikinci cəbhə açmaq planları mövcuddur və onlar öz agentlərini Gürcüstanda yenidən hakimiyyətə qaytara bilsələr, buna nail olacaqlar..."
Analitikin fikrincə, görünən odur ki, bu ilin 26 oktyabrında parlament seçkiləri keçirməyə hazırlaşan Gürcüstanda, 20 oktyabrında Avropa İitifaqına üzvlüklə bağlı referendum keçirməyi nəzərdə tutan Moldovada, eləcə də 5 noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinədək Ukraynada Qərb-Rusiya qarşıdurması həlledici olacaq: "Çox böyük ehtimalla, Paşinyanın 8 mayda Rusiyaya səfərindən və Putinlə görüşündən sonra Ermənistan da Avropa İttifaqı və NATO-ya inteqrasiya arzularına yenidən baxmalı olacaq və Azərbaycanın təkliflərini qəbul etmək istiqamətində daha real addımlar atmalı olacaq. İlham Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür. Yetər ki, Qərbin əlində Rusiyanı zəiflətmək alətinə çevrilməyəsən!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət