
Professor: Yaddaş zəifliyinin koronavirusla heç bir bağlılığı yoxdur
Yusif Nəzərli
12:35 17.11.2024
Sağlamlıq
622
Peyvənd milyonların həyatını xilas etdi
“Bu kateqoriya əsasən dini zehniyyətə xidmət edən, cahil olan və onların təsiri altına düşən insanlardır”
Koronavirusa yoluxub sağalmış bəzi insanlar xəstəliyin sonrakı fəsadlarından şikayətlənirlər. Son vaxtlar şikayətlərin çoxu unutqanlıq və yaddaş itkisi ilə bağlıdır.
Müşahidələr göstərir ki, COVID-19-dan sonra insanların sinir sistemində gərginlik yaranıb. Xüsusilə fikir dağınıqlığı, diqqətsizlik, səbirsizlik, psixi və ən əsası yaddaş pozğunluğu kimi əlamətlər baş qaldırıb.
Klivlend Klinikasında COVID-19 və nevrologiyanı tədqiq edən Lara Çezi bildirib ki, bu virusa yoluxan şəxslərdə beyin iltihabı, beyin dumanı və yaddaş itkisi kimi simptomlar görülür. O, xəstələrdə COVID-dən sonra xroniki baş ağrıları və anomal iltihabların yarandığını müşahidə etdiyini vurğulayıb.
Mütəxəssislər hesab edir ki, xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu, "beynin sanki dumanlanması”, "şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir. Yaddaşda saxlanılan məlumatları əldə etmək mümkün olmasa, deməli, bu, amneziya xəstəliyinin göstəricisidir.
Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında deyib ki, koronavirus pandemiyası bitsə də, virus epidemiyası xırda ocaqlar şəklində davam edir. Onun sözlərinə görə, koronavirusun öldürücü qabiliyyəti xeyli aşağı düşsə də, Omikron ştammının mutasiya variantlarına yoluxmalar müşahidə edilir.
Hansısa xəstə koronavirus keçirdiyinə görə yaddaşı pozulub kimi iddiaları əsassız hesab edən professor yaddaş pozğunluğunun koronavirusla bağlılığının olmadığını bildirib:

“Ümumiyyətlə, koronavirusun yayıldığı ilk zamanlardan bəri peyvəndlərə qarşı münasibət birmənalı deyil. Son vaxtlar qəfil vəfat edən gənc və ortayaşlı insanların sayı xeyli artıb ki, bunun da səbəbini əksəriyyət koronavirus əleyhinə vurulan peyvəndlərdə görür. Əlbəttə ki, hər bir xəstəlik özündən sonra orqanizmdə müəyyən bir iz qoyur, hansısa orqan və sistemləri daha əlverişsiz vəziyyətə gətirib çıxarır. COVID-19 virusu keçirənlərin çox ciddi travmatik fəsadlar yaşadığının, sinir sistemində dəyişikliklər olduğunun da müəyyən hallarda şahidi oluruq. Lakin bütün bunlar koronavirusun və ya vaksinin kütləvi şəkildə yaddaş zəifliyinə, qəfil ölümlərə səbəb olduğu anlamına gəlmir”.
Pandemiya zamanı xeyli sayda insanın anticovid, antivaksin təbliğatı ilə məşğul olduğunu xatırladan A.Qeybulla deyib ki, insanlarımız inanmaq istəmir ki, koronavirus pandemiyasının sönməsinin əsas səbəbi məhz vaksinasiya prosesi oldu:
" Məhz vaksin infeksiya zəncirini qıraraq qlobal pandemiyanı bitirdi. Davam edən epidemik ocaqlar da elə vaksinasiyadan yayınan, yalandan özünə vaksin kağızı alıb peyvənddən imtina edən insanların üzündən davam edir. Koronavirus infeksiyasından birdəfəlik qurtulmağın yeganə yolu vaksinasiyadır. Ona görə də vaksinlə bağlı aparılan antitəbliğatı təhlükəli hal hesab edirəm. Bu kateqoriya əsasən dini zehniyyətə xidmət edən, cahil olan və onların təsiri altına düşən insanlardır. Halbuki peyvənd insanların həyatını xilas etdi. İnsanlara tövsiyəm budur ki, vaksin olunsunlar. Virus immun yaddaşla qarşılaşmalıdır. Vaksinasiyanı kölgə altında saxlamaq, zərərli effektlərindən danışmaq doğru deyil. Milyonlarla insanın həyatını xilas edən vaksin milyonda bir insana yaxşı təsir etməyə bilər. Bu, normal haldır və vaksindən imtina üçün əsaslı səbəb deyil”.
Mövsümlə əlaqədar bir çox virusların aktiv olduğunu vurğulayan A.Qeybulla deyib ki, insanlar arasında yayılan viruslar həm koronavirusun omikron ştammının mutasiyaya uğramış variantları, həm qrip, həm də rotaviruslardır. Respirator viruslara yoluxduqda şəxsi gigiyenaya əməl etmək, yataq rejimində müalicə almaq vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol