
İran Türkiyəyə çox böyük ehtiyac duyacaq - RƏY
06:17 12.12.2024
Gündəm
432
Xameneinin açıqlaması Tehranın güzəşt hazırlıqlarının əlaməti kimi görünür
Seyid Əli Xamenei ABŞ və İsraili birbaşa, Türkiyəni isə sətiraltı eyhamlarla ittiham etsə də, Tehran üzləşdiyi riskləri Ankara olmadan yoluna qoya bilmədiyini başa düşür. Çünki İran növbəti etapda geosiyasi tarazlığının pozulması fonunda daha heyrətamiz hadisələrlə qarşılaşa bilər.
Tehran indi Türkiyəyə İranın itkilərini kompensasiya edəcək kənar faktor kimi baxmağa məhkumdur. Xameneinin Ankaranı birbaşa ittiham etməkdən çəkinməsi də İranın Türkiyəyə sabit və müsbət keçidi təmin edən amil kimi baxması ilə əlaqəlidir. Çünki İran nəinki potensial olaraq Suriyadakı strateji mövcudluğunu itirir, həm də qonşu Livanda ağır silahlı bir proksi saxlamaq qabiliyyətindən məhrum olur.

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a bildirib ki, İran düşə biləcəyi növbəti xaos dalğasından qaçmaq üçün Türkiyə ilə Suriya ilə yanaşı, İraqda da dil tapa bilmək variantlarını axtarır. Ekspertin sözlərinə görə, İran növbəti zərbəni İraqda gözləyir. Digər tərəfdən, Tehran İraq və Yəməndə milisləri dəstəkləmək kimi uğursuz strategiyasını ən azından ikiqat azaltmağı hədəfləyə bilər ki, gələcək təhlükələrdən sığortalansın:
"İran bu baxımdan regional güc kimi Türkiyə ilə, qlobal aktor olan ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar əsnasında, yeni yanaşmaya açıq olduğuna işarə edir. Xameneinin Bəşər Əsədin süqutunu Suriyanın devrilmiş hökumət güclərinin üzərinə atması da Tehranın gələcək regional yanaşmalarda güzəştə hazırlıqlarının əlaməti kimi şərh oluna bilər. Bundan başqa, görünür ki, Xamenei Türkiyə vasitəsilə ABŞ-nin maraqlarının nəzərə alınması istiqamətinə də həvəslənir və Ankaraya İraqda yarana biləcək təhlükələrə qarşı əməkdaşlıq təklif edir. Ehtimal ki, İraqda İran proksi qüvvələrlə dar miqyaslı hücum kampaniyalarına dəstək üçün Türkiyənin də mövqeyini öyrənir".
Analitik hesab edir ki, bununla belə İranın nüvə silahı əldə etmək potensialı regionda əks-səda verəcək növbəti həyəcan siqnalı yarada bilər:
"Çünki müqavimət oxu qırılan İranın danışıqlar nəticə verməsə, nüvə silahı əldə etməsinə dair müxtəlif informasiya əməliyyatlarına başlayacağı ehtimalı yüksəkdir. Bu, İranın xarici strategiyası ilə paralel daxili siyasət arenasındakı uğursuzluq hekayələrini ört-basdır etmək vasitəsinin bir hissəsi ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə