Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib
12:13 13.12.2024
Hərbi
416
Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib.
Sherg.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunmuş döyüş təcrübəsinin qoşunlarımızın hazırlığında tətbiqindən danışıb.
General-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant M.Nielsen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm