Zəngəzur dəhlizi sürətlə tikilir: Top Ermənistandadır
Yusif Nəzərli
05:30 15.12.2024
Gündəm
693
Yaxın dövrdə Qərbi Zəngəzura qədər dəmir və avtomobil yolları hazır vəziyyətə gələcək
“Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur. Lakin Qərbdən aldığı dəstəkdən ruhlanıb bundan imtina edirlər”
Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir. XİN başçısı qeyd edib ki, artıq dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb. Digər hissəsi ilə bağlı işlər də davam etdirilir. Nazir bildirib ki, eyni zamanda İranla əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpünün inşası, Azərbaycanın qərb ərazisi ilə Naxçıvan arasında İran üzərindən marşrutun icrası üzrə işlər davam edir. C.Bayramov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən öhdəliklərinin tam yerinə yetirilməsindən asılıdır. Lakin bununla bağlı isə son müsbət qərar yoxdur.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz ərazisində tikinti işlərini sürətlə davam etdirir. Deputatın sözlərinə görə, yaxın dövrdə Qərbi Zəngəzura qədər dəmir və avtomobil yolları hazır vəziyyətə gələcək:
"Təəssüf ki, Ermənistan tərəfində Zəngəzur dəhlizi ilə bağlı heç bir iş görülmür. Bu da göstərir ki, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları sadəcə sülh görüntüsü yaratmağa hesablanıb. Biz qətiyyətli şəkildə Qərbi Zəngəzura qədər bütün infrastrukturu bərpa edirik. Ermənistan Zəngəzur dəhlizinin açılması yönündə addım atmasa belə biz dayanmayacağıq. Çünki Araz çayı üzərində paralel olaraq aparılan tikinti işləri də başa çatmaq üzrədir. Qısa zaman kəsiyində İran ərazisindən keçəcək dəmiryolu vasitəsilə Naxçıvanla əlaqə yarada biləcəyik".
Parlamentari qeyd edib ki, Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyanatın tərkib hissəsidir:
"Yəni Ermənistanın öhdəliyidir. Əgər İrəvan öz öhdəliyini icra etməsə, dalanda qalmağa davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanla sərhədlərin açılması üçün Zəngəzur dəhlizinin açılmasını əsas şərt sayır. Bu baxımdan Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur. Lakin Qərbdən aldığı dəstəkdən ruhlanıb bundan imtina edirlər. Reallıq odur ki, bundan imtina ermənilərin öz zərərinə işləyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm