
Dəhşətli dövrü çoxdan keçmişik: Tənbeh metodu bu gün effekt vermir -RƏY
10:52 23.12.2024
Sosial
477
Son dövrlərdə müasir texnologiyaların inkişafı nəticəsində sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır. Uşaqlar humanizmə aid olmayan, ziyanlı istiqamətlərə yönəldilirlər.
bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkədə iki milyona yaxın təhsilalan və təhsilverən var:
"Təhsilin qarşısında çox mühüm vəzifələr durur və biz bu vəzifələri dərk edirik. Dini maarifləndirmədə təhsilin mühüm əhəmiyyəti var. Ölkəmizdə müxtəlif dinlərə hörmət edilir. Təhsil proqramlarında, standartlarında daha çox humanizmə yer verilir. Həyat Bilgisi, Ümumi Tarix fənlərində bu mövzulara yer ayrılır, ali məktəblərdə multikulturalizm mövzusu önəm kəsb edir".
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, nazir müavini düz, amma çox gec deyir:

“Sosial şəbəkələrdəki uşaqların sayı, onların paylaşımları, uşaqların pis vərdişlərə alət edilməsi hazırda faciəvi vəziyyətdədir. Dəhşətli dövrü çoxdan keçmişik və faciəvi dövrdəyik. Hazırda sosial şəbəkələrdə uşaqların üzərindən elə bir biznes qurulub, uşaqlara elə bir imkanlar yaradılıb ki, insan görəndə dəhşətə gəlir. Yəni uşaqların üzərindən pul qazanan, çirkin əməllərinə alət edən, bütün mənəvi dəyərləri ayaq altına atıb üzərində oynayanların sayı çoxdur. Sosial şəbəkələrdəki mövcud vəziyyəti izah etmək üçün sözlər kifayət deyil. Hamı bu cəmiyyətin məhvi üçün çalışır. Sanki hər kəs bir ağız olub, sözü bir yerə qoymuş kimi işlər gedir. Artıq nə böyük, nə də kiçik olaraq normal insan qalmayıb. Cəmiyyətin 90 faizi elə bir vəziyyətdədir ki, insan gördükcə dəhşətə gəlir. Uşaqların yenidən cəmiyyətə qazandırılması şərtdir. Çünki həmin uşaqların gələcəkdə evlənib necə bir uşaq tərbiyə edəcəyi məsələsi faciəvidir. İndiki uşaqların əksəriyyəti bir-birinə zərər yetirir, bıçaqlayır, güllələyir. Valideynlərin övladlarına necə tərbiyə verdiyini insan təəccüb içində izləyir. Təsəvvür edin, uşaq məktəbə bıçaqla gedir və valideyn bunun fərqində deyil. Həmçinin şaqlar kütləvi şəkildə siqaret və qəlyan aludəçisidir. Çox təəssüf ki, valideyn bunun da fərqində deyil. Nəinki humanizmin aşılanması, yenidən humanizmin və tərbiyənin öyrədilməsi şərtdir. Tənbeh metodu bu gün effekt vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya