Ankara Bəyannaməsində azad edilmiş ərazilərdə bərpa və minalardan təmizləmə səylərinə dəstək ifadə olunub - YENİLƏNİB
Yusif Nəzərli
11:41 29.01.2025
Siyasət
336
Azərbaycan, Türkiyə və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb..
Sherg.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
Qeyd edilib ki, nəqliyyat və regional əlaqə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planına əlavə olaraq Ankara Bəyannaməsinə aşağıdakılar daxildir:
- Ümumi maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığı genişləndirmək öhdəliyinin bir daha təsdiqi;
-Suverenliyə və ərazi bütövlüyünə xələl gətirən cəhdlərə qarşı birgə tədbirləri dəstəkləmək öhdəliyi;
- İqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla əsas sahələrdə potensialın tam şəkildə açılması öhdəliyi;
-Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış;
-Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarında yenidənqurma və minalardan təmizləmə işlərinə dəstək;
-Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, ticarət, əlaqə və iqlim sahəsində əməkdaşlıq sahəsində müsbət irəliləyişlərin tanınması;
-Azərbaycanın COP29 və AQEM-dəki sədrlik rolunun təsdiqi;
- Mərkəzi Asiyada sabitliyin təmin edilməsində əsas hesab edilən Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid yanaşmanın əhəmiyyətinin vurğulanması;
-Qəzzada atəşkəs elan edilməsini alqışlamaq, onun ciddi şəkildə yerinə yetirilməsini tələbetmək və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini müdafiə etmək.
14:54
Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz