
Bazarın xarici idxaldan asılı olduğu bir şəraitdə, xaricə kərə yağı satırıq -İqtisadçı
08:58 05.02.2025
İqtisadiyyat
635
Azərbaycan, Uruqvay və Argentina ilin əvvəlindən Rusiyaya kərə yağı tədarükünü artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında "VetİS" Federal Dövlət İnformasiya Sisteminin məlumatlarına istinadən məlumat verilib.
Qeyd olunur ki, eyni zamanda Belarusdan Rusiyaya kərə yağının idxalı azalıb.
Məlumata görə, Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında 150 tona qarşı 649 ton tədarük edib. Argentinadan 200 ton yağ idxal edilib, lakin ötən ilin eyni dövründə bu rəqəm cəmi 50 ton olub.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 2024-cü ildə Azərbaycan 29 min ton kərə yağı istehsal edib:

“Eyni zamanda Azərbaycan xarici ölkələrdən 29 min tonda kərə yağı idxal edib. Nəticə etibarilə ölkənin kərə yağına olan daxili tələbatı 63-64 min tona qədərdir. Amma Azərbaycanın daxilində istehsal edilən və idxal edilən kərə yağının ümumi həcmi isə 58 min tondur. Yəni təklif tələbdən beş min ton aşağıdır. O zaman sual yaranır ki, necə olur ki, Azərbaycan öz daxili bazarının 50 faizni idxal hesabına formalaşdırdığı bir şəraitdə xarici ölkələrə kərə yağı idxal edir? Burada bir sıra nüanslar var. Əsas nüans ondan ibarətdir ki, Rusiya investisiyası ilə Azərbaycanda maldarlıq təsərrüfatları qurulur. Həmin maldarlıq təsərrüfatları istehsal etdikləri kərə yağını, süd və ya süd məhsullarını Rusiya bazarlarına aparırlar və orada satışa çıxarırlar. Yəni bu halda ixrac mümkündür. Məhz Rusiyanın investisiyası ilə formalaşmış müəssisələrin istehsal etdikləri kərə yağı daxili bazara deyil, xarici bazara və yaxud elə investisiyanın vətəninə geri aparılır. Nəticə etibarilə daxildə tələb mövcud olduğu və bazarın xarici idxaldan asılı olduğu bir şəraitdə, xaricə kərə yağı satırıq. Bu, Azərbaycanın yerli investisiyası hesabına formalaşmış müəssisələrin və yaxud da Azərbaycan vətəndaşlarının investisiyaları əsasında deyil. Məhz Rusiyanın Azərbaycandakı investisiyaları hesabına formalaşmış müəssisələrdən Rusiyaya, geri aparılan kərə yağı deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat