Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib
Yusif Nəzərli
04:03 22.03.2025
Dünya
392
Avropanın ən işlək hava limanı olan Hitrou fəaliyyətini qismən bərpa edib.
AZƏRTAC BBC-yə istinsdla xəbər verir ki, artıq ilk təyyarə hava limanına eniş edib. Sərnişinlərə yalnız aviaşirkətdən rəsmi xəbərdarlıq alındıqdan sonra hava limanına yollanmaları tövsiyə olunub. Hitrou rəhbərliyi sabah tam xidmət göstərməyə ümid etdiyini bəyan edib.
Qeyd edək ki, Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib və Hitrou hava limanı elektriksiz qalıb. Yarımstansiyada baş verən və hava limanının elektrik təchizatını dayandıran yanğınla bağlı araşdırmaya Londondakı terrorla mübarizə polisi rəhbərlik edir, lakin hazırda qəsdən törədilməyə dair heç bir əlamət olmadığı qeyd olunub. Hava limanındakı mənbə bildirib ki, ehtiyat generatorlar işə düşsə də, bütün hava limanını enerji ilə təmin etmək üçün kifayət etməyib. Aviasiya sənayesi üzrə ekspertlər isə bu hadisənin ciddi suallar doğurduğunu bildirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya