
Hansısa fəslin sıradan çıxması absurd iddiadır - EKOLOQ
Yusif Nəzərli
22:56 02.04.2025
Ekologiya
528
Təbiət özü-özünü nizamlayır, insanların üzərinə düşən məsuliyyət ekologiyanı və ətraf mühiti qorumaqdır
Aprelin hava proqnozu ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Bakıda və Abşeron yarımadasında bəzi günlərdə 25-30 dərəcə isti olacağı, bölgələrdə bu rəqəmin 32 dərəcəyə qədər yüksələcəyi qeyd edilir. Bundan əvvəlki illərdə aprel ayları adətən yağışlı, sərin keçirdi. Ekoloq alim Telman Zeynalov globalinfo.az-a açıqlamasında havaların isti keçməsinin iqlimə mənfi təsir etməyəcəyini bildirib. “Fevralın sonuna qədər hava isti keçdi, həmin ayın sonundan martın ortalarına kimi isə soyuq oldu, qar və yağış yağdı. Bu da ondan xəbər verir ki, biz artıq zamanla yaz fəslini itirir, qışdan birbaşa yaya keçirik”, - o deyib.
T. Zeynalov fəsillərin yavaş-yavaş sıradan çıxma səbəbini açıqlayıb: “Karbon qazı nə qədər çox artarsa, o qədər də qış aradan çıxmış olar. Yəni karbon qazının artması qışın və yazın, eləcə də payızın aradan çıxmasına səbəb olur. Ortada bir tək yay fəsli qalır. Havaların isti olmasının da heç bir təhlükəsi yoxdur. Əksinə, məhsullar bol olacaq, yağışsız və susuz qalmayacağıq. Bizim 8400 çayımız var. Ona görə də narahatlığa səbəb yoxdur”.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, fəsillər sıradan çıxır kimi fikirləri insanların beyninə yeritmək düzgün deyil:
“Müşahidə olunan prosesi fəsillər arasında məsafənin qısalması kimi izah etmək daha düzgün olar. Hansısa fəslin sıradan çıxması, yaxud yerini dəyişdirməsi absurd iddiadır. Sadəcə olaraq müxtəlif illərdə fəsillər arasındakı məsafənin qısalması və ya uzanması kimi hallar müşahidə edilə bilir. Hansısa ildə qış uzun, yaz fəsli qısa olur. Bəzən yay fəsli uzanır, havalar daha gec soyumağa başlayır. Amma bu, payız fəslinin sıradan çıxması demək deyil".
Şimal yarımkürəsində 4 fəslin hiss olunduğunu xatırladan ekoloq qeyd edib ki, hazırda qış fəslindən bahar fəslinə keçid prosesini yaşayırıq:
"Yaz fəsli olmayacaq, payız fəsli sıradan çıxacaq kimi iddialarla insanları təlaşa salmaq olmaz. Sadəcə olaraq maarifləndirici materiallar hazırlanmalı və insanların ətraf mühitin mühafizəsinə qarşı həssaslığını artırmaq lazımdır.
Son yüz ildə iqlim dəyişilmələrinin sürətlənməsi antropogen fəaliyyətdir. Səbəb isə kimyəvi silahların tətbiqi, ağır sənayenin inkişafı, atmosferin çirkləndirilməsidir. Təbiət özü-özünü nizamlayır, insanların üzərinə düşən məsuliyyət ekologiyanı və ətraf mühiti qorumaqdır. Ekvatorial zonalarda, məsələn, Hindistanda heç vaxt 4 fəsil hiss edə bilmərik. Orada qış, payız fəsli olmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya