İsrail Prezidenti: Azərbaycan regional və diplomatik dialoq üçün mühüm yol kəsişməsinə çevrilib
09:27 27.05.2025
Siyasət
351
Azərbaycan və İsrail təhlükəsizlik, innovasiya, turizm, enerji, ticarət və bir çox böyük işlərdə ümumi məqsədlərə nail olmaq imkanını tapıb.
APA xəbər verir ki, bu barədə İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfirliyində Müstəqillik Günü münasibətilə keçirilən tədbirə videomüraciətində bildirib.
İsrail Prezidenti Azərbaycan xalqını və dövlətini Müstəqillik Günü münasibətilə təbrik edərək, İsrail xalqı adından ən səmimi arzularını çatdırıb: “Bu Müstəqillik Günündə Azərbaycan Respublikasının tərəqqisini, məqsədini və qürurunu qeyd edərkən, İsrail xalqı və İsrail Dövləti adından ən səmimi təbriklərimi qəbul edin”.
İsrail Prezidenti deyib ki, Azərbaycan bu münasibətlər fonunda tolerantlıq, müxtəliflik və bərabərliyin simvoluna çevrilib: “Yəhudi və Azərbaycan xalqları arasındakı əlaqələr əsrlər və minilliklər boyu davam edir. Bu qədər uzun müddət ərzində Azərbaycan tolerantlıq, müxtəliflik, bərabərlik rəmzi, müxtəlif mədəniyyətlərdən olan insanlar və xalqlar arasında birgəyaşayış, hörmət və əməkdaşlığın mümkünlüyünün sübutudur”.
O, iki ölkə arasında qarşılıqlı hörmət və dostluq ruhunun ortaq məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
İsrail Prezidenti qeyd edib ki, Azərbaycan regional və diplomatik dialoq üçün mühüm yol kəsişməsinə çevrilib.
“Biz Prezident İlham Əliyevin öz ölkəsində təmin etdiyi əhəmiyyətli inkişafı şəxsən müşahidə etmək, əməkdaşlığımızın daha da inkişafı və genişləndirilməsi imkanlarını birlikdə müzakirə etmək şərəfinə nail olduq. Mən əziz dostum Prezident İlham Əliyevi təbrik edir, Azərbaycanın gələcək inkişafına və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə qəti əminliyimi bildirmək istəyirəm”, - Hersoq vurğulayıb.
Hersoq "Eurovision"da İsrailə göstərdiyi dəstəyə görə də Azərbaycana təşəkkür edib: “Bu yaxınlarda keçirilən “Eurovision"da Azərbaycan xalqı və münsiflər heyəti tərəfindən göstərilən dəstək son dərəcə təsirli jest idi”.
O, eyni zamanda, çıxışında Qəzza zolağında saxlanılan İsrail girovlarını da xatırladaraq beynəlxalq ictimaiyyəti diqqətli olmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya