
Tbilisiyə viza təzyiqi: Aİ Gürcüstanı Avropa kursuna qaytarmaq istəyir
08:30 15.07.2025
Maraqlı
449
Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi də müzakirə olunacaq.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas toplantıdan öncə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda ciddi geriləmə müşahidə olunur.
“Gürcüstan hökümətini qərarlarını dəyişməyə məcbur edəcək vizasız gediş-gəlişin ləğvi də daxil olmaqla bütün variantlar nəzərdən keçirilir”, - K.Kallas deyib.
Qeyd edək ki, Aİ-nin XİN başçıları Gürcüstanla bağlı son müzakirələri iyunun 23-də aparıblar, lakin razılıq əldə edilmədiyindən konkret qərar qəbul olunmayıb.
Xatırladaq ki, Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-də qüvvəyə minib.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, son dövrlərdə Aİ ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi fonunda baş verənlər çox da sürpriz deyil və təsadüfi görünmür:

"Çünki faktiki olaraq Aİ Gürcüstana indiyədək verdiyi güzəştləri ona görə etmişdi ki, həm Gürcüstan dövləti, həm də cəmiyyəti Avropa inteqrasiyasına daha könüllü şəkildə qoşulsun. Məqsəd ondan ibarət idi ki, Gürcüstan Aİ-nin sadiq müttəfiqinə çevrilsin və gələcəkdə, heç olmasa, Şərq Tərəfdaşlığı çərçivəsində daha sıx inteqrasiyaya, bəlkə də üzvlüyə doğru irəliləsin.
Lakin Gürcüstan hökuməti xüsusilə son dövrlərdə Qərbə inteqrasiyadan qismən imtina etdi. NATO ilə münasibətlər demək olar ki, donduruldu, Aİ ilə də üzvlük perspektivinə dair məsələlər gündəmdən çıxarıldı. Bununla yanaşı, Gürcüstanda keçirilən seçkilər, eləcə də mübahisəli “xarici agentlər haqqında” qanunun qəbulu zamanı Aİ ilə Gürcüstan hökuməti arasında açıq mövqe fərqləri meydana çıxdı. Bu, tərəflər arasında gərginliyə səbəb oldu. Aİ bir sıra hallarda açıq şəkildə Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini dəstəklədi, hökumət isə buna sərt reaksiya verdi. Bütün bu hadisələr fonunda Aİ Gürcüstana göstərdiyi maddi dəstəyi və imtiyazları tədricən geri çəkməyə başladı. Milyonlarla avro dəyərində olan yardım proqramları, donor layihələri, qrantlar və biznes təşviqləri dayandırıldı".
Analitik əlavə edib ki, ən son atılan addım olan vizasız rejimin dayandırılması isə bir tərəfdən Gürcüstan hökumətini cəzalandırmaq, digər tərəfdən isə əhaliyə mesaj vermək məqsədi daşıyır:
"Belə ki, əgər Avropaya gediş-gəliş məhdudlaşdırılarsa, bu, Gürcüstan vətəndaşlarının qazanc imkanlarına, donor layihələrindən əldə edilən gəlirlərə, ümumiyyətlə, vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi təsir göstərəcək. Nəticədə əhali bu vəziyyətdən narazı qalaraq hökumətə qarşı etiraz edə, seçkilərdə fərqli mövqe nümayiş etdirə bilər. Görünən budur ki, Aİ həm siyasi, həm də iqtisadi təzyiqlərlə Gürcüstan hökumətini yenidən əvvəlki Avropa yönümlü kursa qaytarmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə