ABŞ-də muzey kolleksiyasında illərlə saxlanılan fosilin elmə məlum olmayan, təxminən 160 milyon illik dəniz canlısına aid olduğu üzə çıxıb.
Sherg.az xəbər verir ki, tədqiqatçılar kompüter tomoqrafiyası vasitəsilə fosili araşdıraraq onun yeni belemnit növünə aid olduğunu müəyyən ediblər.

“Wyoteuthis linsterorum” adlandırılan bu canlı adi belemnitlərdən fərqli olaraq, qeyri-adi qalın və qısa daxili skeletə malik olub. Skeletinin ön hissəsinin diametri təxminən 6 santimetrə çatıb.
Fosilin ilk nümunəsi 1990-cı illərin sonunda Vayominq ştatında tapılıb. 2019-cu ildə ikinci nümunənin də aşkar edilməsindən sonra alimlər yeni növü müəyyənləşdirə biliblər.
Belemnitlər müasir kalmar və osminoqla qohum olan, nəsli kəsilmiş dəniz canlıları hesab edilir.