Alimlər: Zeytun yarpağının ekstraktı şəkərli diabetin müalicəsinə müsbət təsir göstərir
Yusif Nəzərli
03:26 17.03.2024
Sağlamlıq
580
Zeytun yarpağının ekstraktı 2-ci tip şəkərli diabetin müalicəsinə müsbət təsir göstərir. Bu, beynəlxalq tədqiqat qrupunun apardığı araşdırmada sübut edilib.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Cənubi Ural Dövlət Universitetinin alimləri mədəaltı vəzi və digər orqanların toxumalarını uğurla bərpa edə bilən bioloji aktiv birləşmələrin yüksək tərkibinə görə bu ekstraktın əhəmiyyətli antioksidant və hipoqlikemik aktivliyini aşkar ediblər.
Diabet mədəaltı vəzi kifayət qədər insulin istehsal etmədikdə və ya bədən istehsal etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman inkişaf edən ciddi xroniki xəstəlikdir. Hazırda şəkərli diabetin iki növü var. Birinci tip diabet insulindən asılıdır və əsasən 30 yaşdan kiçik gənclərə təsir göstərir.
İkinci tip diabet isə insulindən asılı deyil. Belə xəstələrdə insulin istehsal olunur və pəhrizə riayət etməklə, dərmanlardan istifadə etməklə və aktiv həyat tərzi keçirməklə şəkər səviyyəsinin kifayət qədər uzun müddət normal qalmasını təmin edə və fəsadların qarşısını təhlükəsiz şəkildə almaq olar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 40 ildə dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayı 4 dəfə artıb. Düzgün müalicə olmadıqda diabet korluq, əzaların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ağırlaşmalara səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya