Antibiotikləri uşaqların əli çatmayan yerə qoymaq lazımdır
Yusif Nəzərli
02:24 05.04.2023
Sağlamlıq
623
Hepatoloq-infeksionist qida zəhərlənmələri barədə məlumat verib
Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən “Şərq”ə verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan (botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni isə həşərat sanjıb.
Zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizimdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 9-u kişi, 2-si qadındır.
Hepatoloq-infeksionist Azər Nağıyevin sözlərinə görə, ən çox qida zəhərlənmələri mayonez qatılmış salatlar, meyvə-tərəvəzlər, tomatla hazırlanmış və düzgün saxlanılmayan məhsullarla qidalanma nəticəsində əmələ gəlir: “Zəhərlənmələr xroniki və kəskin bağırsaq xəstəliyi keçirmiş, hipovitaminozu olan şəxslərdə, eləcə də uşaqlarda və qocalarda tez-tez baş verir, sürətlə inkişaf edir və ağır formaya keçə bilir.
Eyni ərzağı qəbul etmiş şəxslərin bir vaxtda xəstələnməsi, gizli dövrü qısa olmaqla (orta hesabla 6-24 saat) qəflətən baş verməsi, sanitariya qaydalarının pozulması şəraitində hazırlanmış qidanın qəbulu ilə əlaqədar xəstələnmənin baş verməsi, zəhərlənməyə səbəb olan qida istifadədən çıxarıldıqda zəhərlənmə hallarının kəskin azalması qida zəhərlənmələrinin əsas səjiyyəvi xüsusiyyətləridir. Uşaqlarda zəhərlənmələrin böyük qismi ehtiyatsızlıqdan, nəzarətsizlikdən baş verir.
Daha çox rəngli vitaminlər, dərman preparatlarının qəbulundan qaynaqlanan zəhərlənmə halları baş verir. Şəkər dərmanları, sakitləşdirici, antibiotikləri uşaqların əli çatmayan yerə qoymaq lazımdır. Azyaşlılar nəzarətsiz qalanda bu kimi xoşagəlməz hallar baş verə bilir.
Eləcə də sirkə turşusu ən riskli məsələlərdəndir. Sirkə turşusunu əlçatan yerə qoymaq olmaz. Ağır zəhərlənmə olmasa da, uşaq orqanizmi həssasdır, selikli qişaları yandıqdan sonra ağır nətijələr ola bilir”.
İnfeksionistin sözlərinə görə, qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil olmasıdır. Qida zəhərlənmələrinin 90 faizini bakterial təbiətli zəhərlənmələr təşkil edir. Qida toksikoinfeksiyalarının ən geniş yayılmış forması salmonellozlardır ki, bunlara səbəb əksər hallarda heyvan mənşəli ərzaq məhsullarıdır. Bu məhsulların tədarükü, daşınması, saxlanılması, bişirilməsi və realizasiyası zamanı gigiyenik qaydalara düzgün riayət olunmazsa, ərzağın bakterial çirklənməsi baş verə bilər. Bu jür çirklənmiş ərzaq məhsullarının lazımi termiki işlənmədən keçmədən, yaxud da soyudujuda saxlanmadan qəbul edilməsi qida toksikoinfeksiyalarına səbəb ola bilər”.
Həkimin sözlərinə görə, zəhərlənmənin əsas əlamətləri 6-36 saatlıq gizli dövrdən sonra başlanır:
“Qida zəhərlənmələrinin ən ağır növü botulizmdir. Bu növ zəhərlənməyə ilin hər fəslində təsadüf etmək olar. Mikroblar uzun müddət torpağın üzvi maddələrində oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Botulizm mikroblarının ifraz etdiyi toksin bütün mikrobların zəhərindən güjlüdür, odur ki, botulizm zəhərlənmələri olduqja ağır keçir və yüksək ölüm faizinə malikdir. Belə zəhərlənmə zamanı xüsusilə hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya