AQTA hərəkətə keçdi! – “Bu xəstəliklərin qarşısı alınacaq”
Yusif Nəzərli
11:19 09.08.2022
Sağlamlıq
538
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Rusiya Federasiyasının Maqadan vilayətində və Şotlandiyanın Orkney adalarında yüksək patogen quş qripi, Rusiya Federasiyasının Tıva Respublikasında isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Maqadan vilayətindən və Şotlandiyanın Orkney adalarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların, o cümlədən Rusiya Federasiyasının Tıva Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
Tətbiq edilən qadağaya münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, bu addım biznesin inkişafına töhfə verə bilər:
“Dünyada bütün dövlətlər biznesin inkişafını dəstəkləyirlər. Lakin bütün dövlət başçıları bilirlər ki, bu sahədə biznesi inkişaf etdirmək üçün yoluxucu xəstəliklərdən qorunmaq lazımdır. Yəni, elə iş aparmaq lazımdır ki, heyvan və quş qırğınları olmasın. Əslində bu özü də biznesin inkişafına dəstək verən amillərdəndir.
Bu kimi hallarla məşğul olan beynəlxalq təşkilatlar var. Beynəlxaq Epizodik Büro da bu təşkilatlardandır və Azərbaycan bura üzvdür. Belə təşkilatlar sayəsində bu sahədə daim informasiya mübadiləsi olur. AQTA da bundan yararlanır.
E.Hüseynov düşünür ki, AQTA-nın atdığı addım adıçəkilən xəstəliklərin Azərbaycanda yayılmasının qarşısını alacaq:
“Birmənalı şəkildə AQTA bu qadağaları tətbiq edirsə, öncədən biznes qurumlarına, idxalçı və ixracçılara mesaj göndərir ki, belə kontraktları dayandırsınlar. Bu çox vacib məsələdir. Hesab edirəm ki, ölkəmiz AQTA-nın müfəvvəqiyyətli addımları sayəsində bu xəstəliklərdən qoruna bilər.
Eyni zamanda, analoji olaraq Azərbaycanda baş verən müəyyən xəstəliklər barədə Beynəlxalq Epizodik Büro digər ölkələrə xəbər verir. Təşkilatın bu fəaliyyəti ölkələr üçün gözəl mübadilə mənbəyidir. AQTA-nın da bu fəaliyyəti təqdirə layiqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm