Avropada güclü antibiotiklərə belə davamlı olan Klebsiella pneumoniae bakteriyasının geniş yayılması təhlükəsi yaranıb. Sherg.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qitədə bu bakteriyaya yoluxma hallarının artması ilə bağlı xəbərdarlıq edib.
Təşkilatın məlumatına görə, xüsusilə yüksək virulentlik göstəricilərinə malik bakteriya ştammları ciddi narahatlıq doğurur. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi də onların Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələrində daha geniş yayılma ehtimalını yüksək qiymətləndirir.
Mütəxəssisləri ən çox narahat edən məqam infeksiyanın Avropa xəstəxanalarında aktiv şəkildə yayılmasıdır. Bununla yanaşı, bakteriyanın heyvandarlıq sektorunda aşkarlanma halları hələlik nisbətən azdır.