Bakıda kişi futbol oynayarkən ölüb

Bakıda kişi futbol oynayarkən ölüb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Yusif Əliyev futbol oynayarkən infarktdan ölüb.

Faktla bağlı araşdırma başlanılıb.