
Başağrılarının əlacı təkcə dərmanlar deyil
18:18 12.07.2024
Sağlamlıq
703
Ağrıkəsicilərdən mütəmadi istifadə və dozanın tədricən artırılması insan həyatı üçün böyük risk yaradır
Şiddətli ağrılar zamanı insanlar əlacsız qalaraq çıxış yolunu ağrıkəsicilərdə görürlər. Bəziləri hətta bunu vərdişə çevirirlər.
Bəs müvəqqəti olaraq ağrını hiss etdirməyən bu preparatların insan orqanizminə zərəri varmı?
Həkim Abbas Bağırov bildirib ki, uzun müddət ağrıkəsicilərdən istifadə nəticəsində mədə-bağırsaq qanaxmaları, böyrək, qaraciyər çatışmazlığı kimi hallar ortaya çıxır: "Bunlar da öz növbəsində ölümcül vəziyyətə gətirib çıxara bilər. Eyni zamanda ağrıkəsicilərin uzun müddət istifadəsi qan yaranma sisteminə mənfi təsir göstərməklə qanın trombositlərinin miqdarını aşağı salır, laxtalanma sisteminin funksiyasını pozur və daxili qanaxmaya səbəb ola bilir".
Müəyyən ağrılar zamanı dərman qəbulu geniş yayılıb. Təbii ki, ağrılar şiddətlənəndə əlacsız qalıb ağrıkəsici içməkdən başqa çarə qalmır. Ancaq bəzi hallarda onlardan tez-tez istifadə edilir. Sakitləşdirici təsir göstərən həmin preparatların qəbulundan sonra onun orqanizmə vuracağı zərərlər də az deyil.
Professor Adil Qeybulla da “Sherg.az"a açıqlamasında ağrıkəsicilərdən mütəmadi istifadə və dozanın tədricən artırılmasının insan həyatı üçün böyük risk yaratdığını deyib. Onun sözlərinə görə, ağrıkəsici dərmanların insan orqanizminə əks təsirləri danılmazdır:

“Bu dərmanlar mədənin selikli qişasını zədələyir, mədə xorası və qanama riski yaradır. Mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edənlərin böyrəkləri də zədələnir. Bir çox ağrıkəsicilərin ürək xəstəlikləri riskini artırdığı da sübut edilib. Normal dozada istifadə etdikdə ağrıkəsicilər faydalı, doza həddini aşanda isə zərərli olur. Ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid, iltihab əleyhinə dərmanlar qaraciyərə mənfi təsir göstərir. Müntəzəm olaraq həftədə bir dəfədən çox ağrıkəsici qəbul etmək sağlamlıq üçün zərərlidir. Unutmaq lazım deyil ki, həmin dərmanlar səbəbi deyil, nəticəni aradan qaldırır”.
Həkim həmçinin qeyd edib ki, bədənində ağrısı olan xəstə bunun səbəbini araşdırmadan ağrıkəsicidən istifadə edəndə dərmanın yan təsirləri ortaya çıxır: “Məsələn, böyrək çatışmazlığı ilə əlaqədar müraciət edən xəstələrin 30-40 faizində ağrıkəsicilərin yersiz istifadəsi müşahidə edilir. Mədə qanamaları, mədə yaraları, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı və s. kimi xəstəliklərin çoxunun altındakı səbəb ağrıkəsicilərdir. Bəzən xəstə hansısa dərmandan istifadə edir, faydası olmayanda başqa dərman qəbul edir və ağrıların yenə də keçmədiyindən gileylənir. Deməli, bədəndə gizli gedən proses var və onun ağrıkəsicilərlə keçib gedən bir hal olmadığını göstərir. Başağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində qəbul edilən dərmanlar getdikcə daha az təsir edir və gündəlik ağrı şikayəti yaranır. Ona görə də baş ağrılarından əziyyət çəkənlər əvvəlcə ağrının səbəbini müəyyənləşdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm