Bəzi tibb müəssisələrində rentgen müayinə fəaliyyəti DAYANDIRILDI
Yusif Nəzərli
07:28 04.03.2023
Sağlamlıq
559
Fövqəladə Hallar Nazirliyi bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyətini dayandırıb.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və xüsusi icazəsi olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız xüsusi icazə əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür –https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya