
Bölgələrdə qızılca xəstəliyi alovlana bilər -İnfeksionistdən həyacan təbili
Bölgələrdə qızılca xəstəliyi alovlana bilər -İnfeksionistdən həyacan təbili
09:53 24.05.2024
Sağlamlıq
613
Peyvənd olunan şəxslər xəstəliyə yoluxmur
Qızılcaya yoluxma sayında yenidən artım müşahidə edilir. Ötən ilin payızından Azərbaycanda ciddi təhlükəyə çevrilən infeksiyanın ağırlaşması səbəbindən bir neçə uşaq həyatını itirib. Yaşlı insanların da xəstəliyə yoluxması və xəstəliyi ağır keçirməsi faktları qeydə alınıb. Bu səbəbdən müvafiq qurumlar əhali arasında peyvəndlənməyə başlayıb. Ötən aylarda qızılcaya yoluxmanın sovuşmasına dair fikirlər səsləndirilsə də, bəzi həkimlər sosial media hesablarında qızılcanın yenidən alovlanması səbəbindən əhaliyə xəbərdarlıq edib, valideynlərə övladlarını peyvənd etdirməyi tövsiyə ediblər.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, yoluxucu xəstəliklərin bitməsi bir anda olmur:

" Bu proses tədricən sönməyə doğru getməlidir. Sözsüz ki, ötən ilin sonu və cari ilin ilk ayları ilə müqayisədə infeksiya zəncirini qırmaq mümkün olub. Proses, doğrudan da, enən xətt üzrə gedirdi. Lakin unutmayaq ki, qızılca xəstəliyi digər infeksiyalardan fərqli gedişə malikdir. Koronavirusda olduğu kimi aylarla, illərlə bu proses davam etmir. Əgər regionda alovlanma varsa, sürətli şəkildə yoluxur və sürətli şəkildə də epidemiya sönür. Yəni lokal olaraq alovlanmalar olur. Bizdə müəyyən rayonlar var ki, orada xəstəlik alovlanıb və artıq sönüb. Artıq biz qızılca xəstəliyini sporadik şəkildə görürük. Düzdür, bəzən ağırlaşmalara rast gəlirik, amma artıq bunlar da azalıb. Qızılca yayılmayan müəyyən bölgələrdə alovlanmalar müşahidə edilə bilər. Lakin qısa müddət sonra yoluxma həmin bölgələrdə də stabilləşəcək”.
Qızılcaya qarşı mübarizədə yeganə qoruyucu vasitənin peyvənd olduğunu xatırladan infeksionist deyib ki, peyvənd olunan şəxslər xəstəliyə yoluxmur. Amma tibdə hər şeyi əminliklə demək olmaz: “Çünki bir doza peyvənd olunandan sonra antitellər yaranmaya bilər, iki doza peyvənd isə qoruyucu olur. Bununla belə, peyvənd yüz faiz qoruyur, tam əminliklə deyə bilmirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm