Bu qədər cahillik olarmı?
07:47 17.11.2020
Sağlamlıq
833
Özünün və digərlərinin sağlamlığını düşünməyən insanlar çox ciddi cəzalandırılmalıdır
Bu gün küçələrdə maska taxmayan, ara məsafəsi gözləməyən, əl ilə hətta öpüşüb görüşən, açıq-aşkar xəstəlik əlamətləri ilə cəmiyyət arasında gəzən insanlar görürük
Dünya ölkələrində COVID-19 pandemiyasının geniş yayılması, koronavirusa yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Bir çox ölkələr yenidən xüsusi karantin rejimi tətbiq edir, qaydaları sərtləşdirir. Böyük Britaniya, İtaliya, Polşa, Niderland və digər ölkələrdə gün ərzində koronovirusa yoluxma artdığı üçün karantin qaydaları ilə bağlı tədbirlər gücləndirilir.
Dövlətimiz pandemiyanın qarşısının alınması istiqamətində lazımi addımlar atır, vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı üçün zəruri tədbirlər həyata keçirir. Ancaq görünən odur ki, COVID-19 adlı bəlanı dəf etməkdə vətəndaş məsuliyyəti də olduqca zəruridir. Əgər insanlar çox sadə olduğu qədər də əhəmiyyətli qaydalara laqeyd yanaşmazlarsa koronavirus zəncirini qırmaq mümkün olmayacaq.
Həkim cərrah Murad Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə COVİD-19 xəstəliyi tüğyan edir. O vurğulayıb ki, bütün təbliğat və maarifləndirmə işlərinə baxmayaraq, insanlar bu məsələyə laqeyd münasibət sərgiləyirlər:
"Bu gün küçələrdə, marketlərdə, qapalı obyektlərdə nə qədər maska taxmayan, ara məsafəsi gözləməyən, əl ilə hətta öpüşüb görüşən, açıq-aşkar xəstəlik əlamətləri ilə cəmiyyət arasında gəzən insanlar görürük.
Bu qədər də cahillik olarmı? Hesab edirəm ki, sosial məsuliyyətini dərk etməyən, özünün və digərlərinin sağlamlığını düşünməyən insanlar çox ciddi cəzalandırılmalıdır. Xatırladım ki, indiyədək əllidən çox həkim, yüzlərlə tibb işçisi koronavirusdan dünyasını dəyişib. Artıq xəstə əlindən reanimasiyalarda yer yoxdur.
Nə qədər şəkərli diabet, ürək-damar, xərçəng xəstəliyi olan yoluxmuş, xəstəliyi ağır keçirən insanlar var. Xəstəxanalara nə qədər böyrək, qaraciyər transplantasiyası edilən immun sistemi zəifləmiş şəxslər gəlməkdədir.
Fikrimcə, ən sadə qaydalara əməl etməməyin-qapalı yerlərdə maska geyinməməyin, ara məsafəsi gözləməməyin, xəstə-xəstə insanlar arasında gəzib onları yoluxdurmağın adı yalnız öz xalqına, millətinə qarşı xəyanətdir. Bunun başqa adı yoxdur!
Hər kəs özünü qorumalı, maskadan istifadə etməli, əl gigiyenasına diqqət yetirməlidir. Qapalı məkanlarda bir yerə toplaşmaqdan çəkinmək, məsafə saxlamaq vacibdir. Koronavirus adlı gizli düşməni bu yolla nəinki özümüzdən, ailəmizdən, bütövlükdə cəmiyyətimizdən uzaqlaşdıra bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm