
Dəhşətli xəstəlik: Daxili orqanlar və toxumaları parçalayır -Professor diqqətli olmağa səslədi
12:28 26.07.2024
Sağlamlıq
912
Azərbaycanda qırmızı qurd eşənəyi xəstəliyindən ölüm faktı qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, sözügedən xəstəlikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.
Xəstənin 15 ildir qırmızı qurd eşənəyi xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.
Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?
Mövzu barədə Bizim.media-ya danışan tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir:
"Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cisim, yad maddə, antigen daxil olur. Əgər xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemə görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürəkkəb mexanizmdir. Nəticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlamış olur.
Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adi soyuqdəymə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yeridilməsindən və digər səbəblərdən başlaya bilir".
Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarında göstərir:
"Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sifətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Heç vaxt tam sağalmır".
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, qırmızı qurd eşənəyi autoimmun bir xəstəlikdir:

“Bu yoluxucu xəstəlik deyil. Etiyalogiyası dəqiq müəyyən edilməyib. Birləşdirici toxumanın xəstəliyi sayılır və revmativ xəstəliklər sisteminə aiddir. Qırmızı qurd eşənəyi daxili orqanların və birləşdirici toxumaların zədələnməsi ilə müşaiət olunan xəstəlikdir. Müalicə olunmadıqda və vaxtında qarşısı alınmadıqda çox ağır nəticələrə gətirib çıxara bilər. Bu xəstəlik əmək qabiliyyətinin xeyli itməsinə səbəb olur. Xəstələr daim müşahidə və müalicə altında olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq