Endokrinoloqdan çağırış: Artıq çəki və həyat tərzinə diqqət yetirin
09:36 22.05.2024
Sağlamlıq
563
Qan şəkərinə nəzarət edilməməsi qısa və ya uzunmüddətli dövrdə təhlükəli sağlamlıq problemləri yaradır
2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1044 nəfər insulindən asılı, 29456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385179 nəfərdir ki, onlardan 35765 nəfəri insulindən asılı, 349414 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.
Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının məlumatında bildirilib ki, dünyada 537 milyon əhali şəkərli diabetdən əziyyət çəkir və 2045-ci ilə qədər bu rəqəm 750 milyona qədər çatacaq. Hazırda isə bütün dünyada şəkərli diabet xəstəliyi və onun fəsadları günbəgün artmaqdadır.
Endokrinoloq Samir Şükürovun sözlərinə görə, şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir. Bu barədə “Sherg.az”a danışan həkim deyib ki, diabetin 4 növü (şəkərli diabet tip 1, şəkərli diabet tip 2, gestasional (hamiləlik) diabeti və spesifik tip diabet) mövcuddur:
“Şəkərli diabet xəstəliyinin ilkin əlamətləri susuzluq, tez-tez sidiyə getmə, çəki itirmə, sidik yollarının infeksiyası, bulanıq görmə, qaşınma, yorğunluq, dəridə və ağızda quruluqdur. Daha çox ailəsində şəkər xəstəliyi olanlar, ürək-damar xəstəliyi olan insanlar, artıq çəkisi olanlar, hipertoniyası olanlar, 45 yaşından yuxarı şəxslər risk qrupuna daxildir”.
S.Şükürov həmçinin bildirib ki, vətəndaşlar xəstəliyin profilaktikası üçün bədən çəkisini normada saxlamalı, qidalanma rejimində karbohidratların istifadəsini azaltmalı, günlük aktiv həyat tərzinə diqqət etməli və stressdən qorunmalıdır. Onun sözlərinə görə, şəkərli diabetin müalicəsində maarifləndirmənin əhəmiyyəti çox böyükdür:
“Şəkərli diabet təkcə qanda şəkərin artması deyil, eyni zamanda damar strukturlarına, sinir sisteminə, gözlərə və böyrəklərə zərər verən ciddi sağlamlıq problemidir. Ürək-damar xəstəlikləri və ya bir çox qan dövranı sistemi xəstəlikləri şəkərli diabetdən əziyyət çəkən insanlar arasında əsas ölüm səbəbidir. Diabetli insanlarda ürək xəstəliyi və ya insult riski 2-5 dəfə yüksəkdir.
İri damar pozğunluqları xüsusilə 40 yaşdan sonra baş verən şəkərli diabetdə daha çox olur. Buna ciddi damar xəstəliyi olan aterosklerozu, yəni damarların sərtləşməsini misal göstərmək olar. Unutmayın! Qan şəkərinə nəzarət edilməməsi qısa və ya uzun müddətli dövrdə təhlükəli sağlamlıq problemləri yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region