Əsəbləri sakitləşdirən keşnişin inanılmaz 6 faydası
12:10 02.05.2021
Sağlamlıq
892
Azərbaycan mətbəxində də geniş iştifadə olunan göyərti növü keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə – tibdə, aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir.
Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var.
Sherg.az "medicina.az"a istinadən xəbər verir ki, mətbəxdə keşniş bitkisinin müalivəci xüsusiyyətlərini təqdim edir:
1. Xolesterinin səviyyəsini aşağı salır
Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli” xolesterinin miqdarını azaldır.
2. Ürəkbulanmanı aradan qaldırır
Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır.
3. Sümükləri möhkəmləndirir
Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır.
4. Əsəbləri sakitləşdirir
Müasir zamanda insan demək olar ki, hər gün stressə məruz qalır. Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır. Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə etməlidirlər.
6. Yuxuya yaxşı təsir edir
Gecələr yaxşı yatmaq istəyirsinizsə, o zaman bol keşniş yeyin. Tərkibində B vitamini və manqnezium olan keşniş təbii sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri rahatladır.
Keşnişli smuzi resepti
Tələb olunan ərzaqlar:
•2 fincan təmizlənmiş və doğranmış ananas
•1 ədəd dondurulmuş və doğranmış banan
•1-1,5 fincan doğranmış keşniş
•1 x/q limon şirəsi
•400 ml hind qozu südü
Bütün ərzaqları kokteyl aparatına qoyun və bircinsli kütlə alınana qədər əzin. Alınan smuzini gün boyunca içərək daha gümrah və yüksək əhval-ruhiyyədə qalacaqsınız.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi