Evdə hazırlanan dondurma daha sağlamdı
Evdə hazırlanan dondurma daha sağlamdı
02:39 25.05.2023
Sağlamlıq
727
Əgər dondurma boğaza acılıq verərsə, deməli, onun tərkibinə marqarin və ya bitki yağları qarışdırılıb
Havaların isinməsi ilə əlaqədar dondurma satışında ciddi canlanma müşahidə edilir. Lakin dondurma alan heç kəs məhsulun istifadə müddətinə fikir vermir. Həmçinin dondurmanın harada istehsal olunmasına da məhəl qoymurlar.
Mütəxəssislər isə iddia edir ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə əhalinin vaxtı keçmiş qida istehlakına və zəhərlənmələrə səbəb olur.
Qeyd edək ki, dondurmaları iki hissəyə bölmək olar: südlü və buzlu (meyvə dadlı). Ekspertlər südlü dondurmanı məsləhət bilir, buzlu dondurma ilə isə qidalanmağı tövsiyə etmirlər. Çünki buzlu dondurma südlü dondurmaya nisbətdə daha çox kalori dəyərinə malikdir və onun tərkibində boyaq maddələri olur.
Pediatr Aytən İsmayılzadə Sherg.az-a bildirib ki, dondurmanın istehsalında müxtəlif rəngləndiricilərdən, dadlandırıcılardan istifadə olunur: "Bu cür süni maddələrə qarşı da insan orqanizminin kəskin reaksiyası ola bilər. Çalışmaq lazımdır ki, daha çox süni boyayıcı maddəsi olmayan dondurmaya müraciət edək. Standartlara görə dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qarışdırmaq olar. Əgər dondurma boğaza acılıq verərsə, deməli, onun tərkibinə marqarin və ya bitki yağları qarışdırılıb. Bəziləri dondurmaya GMO vururlar. İnsan orqanizminə ziyanlı maddələr, palma yağları da daxil edirlər. İndi dondurmaların üzərində tərkibi qeyd edilib. O tərkiblə tanış olduqdan sonra alıb yeymək daha doğrudur".
Həkim günəş şüaları altında satılan dondurmaları almamağı məsləhət görür.
Keçən ildən qalan dondurmaların yenidən satışa çıxarılması faktına toxunan qida texnoloqu Ağa Salamovun sözlərinə görə, bu dondurmalar insanlarda zəhərlənməyə səbəb olur: “Dondurma alarkən əvvəlcə onun son istehsal tarixinə, daha sonra paketlənməsinə baxmaq lazımdır. Bu zaman dondurmanın deformasiyaya uğrayıb-uğramadığını asanlıqla bilmək olar. Bəzən işıqlar sönür, yaxud dondurucunun qapısı açıq qalır. Belə olduqda, həmin dondurma əriyir və yenidən dondurulur. Nəzərə almaq lazımdır ki, bir məhsul bir dəfə dondurula bilər. Ona görə də istehlakçılar aldıqları məhsulun qablaşdırılmasına nəzarət etməlidirlər. İnsanlar daha çox sertifikatlaşdırılmış istehsalçıdan dondurma almalıdır”.
A.Salamovun sözlərinə görə, dondurma istehsalında istifadə olunan avadanlıqlar istehsaldan sonra yaxşı yuyulmur: “Həmin avadanlıqlarda süd qalıqları olur. Növbəti istehsal zamanı isə dondurma çarpaz çirklənməyə məruz qalır. Bu da qida zəhərlənməsinə səbəb olur. Dondurma istehsal edən şirkətlər sanitar-gigiyena qaydalarına əməl etməlidirlər”.
Ekspert xüsusilə qeyd edib ki, uşaqlar üçün evdə hazırlanan dondurma daha sağlamdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya