Fast-food əsrinin ən vacib qayğısı: Artıq çəkidən necə qurtulaq? -Dietoloqdan məsləhət
13:29 25.07.2024
Sağlamlıq
704
Arıqlamaq fast-food əsrinin ən vacib qayğılarından biridir. Artıq çəkidən əziyyət çəkənlər üçün arıqlamaq heç də asan iş deyil. Mütəxəssislər bildirirlər ki, arıqlamaq kökəlməkdən 10 dəfə çətindir. Kökələn insanlar hərəkət etməkdə çətinlik çəkirlər, təngnəfəs olurlar, damarların divarları xolesterin səbəbindən daralar, qan dövranı adi vəziyyətdən çıxır və çətinləşir, qəflətən ürək sıxılmaları olur, ürək döyüntülərinin sayı artır, müəyyən orqanların iflici ehtimalı çoxalır. Bir sözlə, köklük insanın həyatı boyu üzləşdiyi ən ağır bəlalardan biridir.
İnsanlar bu bəlalardan xilas olmaq üçün çoxsaylı pəhrizlərə, idman hərəkətlərinə, hətta cərrahi əməliyyatlara üz tuturlar. Lakin bu vasitələr heç də çox vaxt effektiv olmur. Bəzi adamlar var ki, çox çalışsalar da çəki atmaqda çətinlik çəkirlər. Bəs, bunun səbəbi nədir? Yəni, həmin şəxslər nədə səhv edirlər?
Mövzu ilə bağlı danışan dietoloq Validə Şıxıyeva “Sherg.az”a söyləyib ki, hazırkı dövrdə çox insan artıq çəkidən əziyyət çəkir:
''Bu yolda bəziləri uğurlu nəticə əldə etsələr də, digərləri kilo verə bilmirlər. Bunun isə bir çox səbəbləri var. Məsələn, birinin sağlamlığında problem varsa, arıqlaya bilmir. Ona görə də mütləq analizlərdən keçmək lazımdır. Qalxanabənzər vəzilərin hormonlarına baxılmalı, insulin dirənci yoxlanılmalıdır. Əlavə olaraq, vitamin çatışmazlığı olanda da kilo vermək çətinləşir. Əgər pasiyentin D vitamini az və dəmir azlığı varsa, mütləq müalicə olunmalı, bununla yanaşı pəhriz yazılmalıdır. Bu zaman uğurlu nəticə almaq olar. Bəzən isə pasientin səhhətində problem olmasına baxmayaraq, arıqlaya bilmədiyini görürük. Bunun səbəbi isə fiziki aktivliyin olmaması və hərəkətsizlikdir. Ona görə də arıqlamaq istəyən hər kəs fiziki aktivliyini artırmalı ,yuxu rejimini düzəltməlidir. Çünki 2-3 saat yatan insan heç vaxt kilo verə bilməz. Bəzi hallarda isə düzgün pəhrizdə olmamaq arıqlamağa maneə olur. Bir çoxu öz başına şok diyetlər, detokslar edirlər. Onlar bununla metabolizmanı korluyurlar. Diyetanı 3-4 gün davam etdirsələr də, daha sonra vəziyyətləri pisləşir və baş ağrıları, gərginlik yaşayırlar. Nəticədə pəhrizi dayandırmaq məcburiyyətində qalırlar. Ona görə kilo vermək istəyənlər bir mütəxəssisə müraciət etsinlər ki, bu yolda çətinlik çəkməyərək sağlamlıqlarında problem yaranmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm