Həkimdən “Delta” xəbərdarlığı
Məlahət Rzayeva
01:07 13.08.2021
Sağlamlıq
533
Aldadıcı güvən hissi təhlükəyə aparır
Türkiyənin Tekirdağ vilayəti Çorlu dövlət xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi, dosent doktor Mustafa Doğan koronavirusun “Delta” ştammının digər variantlara nisbətən daha yoluxucu olduğunu ifadə edərək son zamanlar xəstəxana şəraitində müalicə alanlar arasında 30 yaşdan yuxarı şəxslərin sayının artdığını deyib.
“Bunlar əsasən peyvənd olunmayanlardır. 40 və 50 yaş üstü şəxslər arasında peyvənd olunanlar çoxluq təşkil etdiyindən biz artıq daha gənc yaşdakıları xəstəxanaya qəbul etməyə başlamışıq.
Buna səbəb gənclərdə yaranan aldadıcı güvən hissidir.
Məhz bu aldadıcı güvən hissi onları təhlükəyə atır”, söyləyən Mustafa Doğan əlavə edib ki, “Delta” variantının yoluxuculuq faizi yüksəkdir. Bunun qarşısının alınmasının ən əsas yolu isə tibbi maska, sosial məsafə və təmizlikdir. M.Doğan vətəndaşları açıq hava və isti havalarla bağlı da xəbərdar edib:
“Nə açıq hava, nə də isti havanın virusun yoluxuculuğu üzərində hər hansı təsiri yoxdur.
“Delta” ştammı özündən əvvəlki variantlara nisbətən daha yoluxucudur. Təməl önləm tibbi maska, sosial məsafə və təmizliyə riayət olaraq qalmaqdadır. Açıq havada dolaşan, gəzən, istirahət üçün park və bağçaları seçən vətəndaşlar ara məsafənin qorunmasına xüsusi diqqət etməlidir. Birisi ilə aranızda 2 metrdən yaxın məsafə varsa, lütfən, tibbi maska taxmağı yaddan çıxarmayın. Xüsusilə, ürək-damar, ağ ciyər xəstələri yenə də yüksək risk altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya