Hələlik peyvənd tam tətbiq edilməyib
08:16 12.11.2020
Sağlamlıq
895
Hansısa bir dərmandan istifadə etməklə koronavirusdan qorunmaq olmaz
”Yeni növ koronavirus da, mövsümi qrip də yuxarı və aşağı tənəffüs yolları xəstəliyidir. Bunlar fərqli viruslar olsa da, temperatur, öskürək, tənəffüs çatışmazlığı, qızdırma, halsızlıq, boğaz ağrısı kimi kliniki əlamətlərə görə oxşardır və hər iki xəstəlikdə ağciyərin tutulması baş verir. Lakin yeni növ koronavirus üçün xarakterik olan əlamət iybilmə və dadbilmə hissinin itməsidir. Bu iki əlamətin olması koronavirus infeksiyasından şübhələnməyə əsas verir. Ona görə də yalnız klinik əlamətlərə görə dəqiq diaqnoz qoyula bilməz, çünki yoluxma halı laboratoriya şəraitində alınan yaxmanın mikrobioloji analizi nəticəsində təsdiq edilə bilər”.
Bu sözləri həkim-terapevt Qətibə İsayeva deyib. Q.İsayeva payız mövsümü tənəffüs yolu infeksiyalarının artmasını mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etmək və belə şəraitdə infeksiyanın ötürücülük şəraitinin və təmasların çoxalması ilə əlaqələndirib:
"Ona görə də karantin rejimi yumşaldılanda da həmişə qoruyucu tədbirləri zəiflətməmək barədə xəbərdarlıq edirdik. Hansısa bir dərmandan istifadə etməklə koronavirusdan qorunmaq olmaz. Hələlik peyvənd də tam təsdiq edilməyib, ona görə preventiv tədbirlər vasitəsilə özümüzü qorumalıyıq. Maska taxılması, sosial məsafə saxlanılması, antiseptik vasitələrdən istifadə edilməsi və gigiyena qaydalarına əməl edilməsi təkcə COVID-19 üçün deyil, digər respirator infeksiyalar üçün də vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm