Hindistan ştammı gəlir:“Karantin sərtləşdirilməlidir”
Banuçiçək Kalbalıyeva
13:36 03.05.2021
Sağlamlıq
812
Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədər qəbul edilib. “Yeni qaydalar mayın 3-dən 12-nədək çəkəcək. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə kabinetdən bildirilib.
Mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib. Təəssüf ki, qardaş Türkiyədə də COVİD-19-a bağlı vəziyyət ürəkaçan deyil. Artıq Türkiyədə də tam qapanma başlayıb. Azərbaycanda yoluxma tədricən azalsa da, bayram günlərində vəziyyətin necə dəyişəcəyi çoxlarını düşündürür.
Həkim, professor Adil Qeybulla düşünür ki, bir az da səbrli olmalıyıq. O, fikirlərini “Sherg.az”la bölüşdü:
“Dünyada koronavirusun dördüncü dalğası yayılır, Hindistan ştammı meydana çıxıb. Rəsmi rəqəmlərin azalmasına “bel bağlamaq” olmaz. Evdə müalicə olunanların sayı heç də az deyil. Yəni aktiv xəstə sayı kifayət qədər çoxdur.
Başa düşürəm, insanlar beziblər. Lakin yumşalmalar sonradan ciddi fəsadlara səbəb olur, baha başa gəlir.
Odur ki, mümkün olduğu qədər karantin qaydalarını sərtləşdirmək lazımdır”. Bu, vətəndaşların sağlamlığı üçündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi