
İnfeksionist: Mutasiyaya uğramış COVİD viruslarının öldürücülük xüsusiyyəti yoxdur
12:29 30.07.2024
Sağlamlıq
585
Son həftələr Kiyevdə COVID-19-a yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, iyul ayının əvvəli ilə müqayisədə koronavirus səbəbindən xəstəxanalara yerləşdirmə hallarının sayı artıb.
Bu barədə AZƏRTAC Kiyev Şəhər Hərbi Administrasiyasının Səhiyyə Departamentinin direktoru Valentina Ginzburqun açıqlamasına istinadla xəbər verir.
Kiyev Şəhər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, iyul ayında COVID-19-a cəmi 900 yoluxma halı qeydə alınıb, iyun ayında isə bu rəqəm 200-dən az idi. İlin əvvəlindən paytaxtda bu xəstəlik səbəbi ilə 52 nəfər vəfat edib.
İnfeksionist Aydın Əliyev “Sherg.az”a bildirib ki, COVİD-19 pandemiyası bitib:

“Kiyevdə COVİD-19 səbəbi ilə 52 nəfərin vəfat etməsi həqiqəti əks etdirmir. Sual yaranır ki, insanlar COVİD-dən dünyasını dəyişməsi patoloji anatomik müayinə, təşrih və dəqiq elmi surətdə sübut olundumu? İndiki vəziyyətdə COVİD-dən bu qədər insanın dünyasını dəyişməsi qeyri-real görsənir. Çünki viruslar mutasiyaya uğradıqca onların yoluxucu qabiliyyəti artır, öldürmə qabiliyyəti isə sıfırlanır. Hazırda mutasiyaya uğramış COVİD viruslarının öldürücülük və ağır xəstəlik törətmə xüsusiyyəti yoxdur. Yalnız yüngül qrip əlamətləri ilə keçərək sağalır. Amerikanın prezidenti 82 yaşlı Co Bayden bu virusa yoluxdu və demək olar ki, artıq sağalıb. Bunların hər biri keçmişdə qalıb. Çalışırlar ki, COVİD məsələsini gündəmə gətirsinlər. Bu mümkün olmayan məsələdir. COVİD-19 artıq tarixə qovuşur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq