İsti havalarda daha çox diqqətli olmaq lazımdır
Yusif Nəzərli
23:20 01.08.2022
Sağlamlıq
1056
Dərman zəhərlənmələrinin sayı artıbsa, bu artıq ciddi siqnaldır
Problem bundadır ki, vətəndaşlar bəzən həkim təyinatı olmadan, dərmanlar qəbul edir
Havaların isti keçməsi zəhərlənmələrin sayını da artırıb. Təqdim edilən statistikaya baxdıqda zəhərlənmələrin müxtəlif səbəblərdən baş verdiyi görünür. Lakin təəccüb doğuran məhz dərman zəhərlənmələrinin üstünlük təşkil etməsidir. Ümumilikdə iyul ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib. Bu barədə KTM-dən bildirilib.
Onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb. Zəhərlənən şəxslərin 66-sı qadın, 72-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.
Dərman zəhərlənmələrinin sayı niyə çoxdur? Suala cavab verən Təcili Tibbi yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, zəhərlənmə halları yay ayları üçün gözləniləndir:
- Zəhərlənmələr yay aylarında xarakterikdir. Bir yandan isti hava, temperatur yüksəkliyi, insanların soyuq içkilərə, sərinliyə meyl etməsi, soyuducuda saxlanılan qidalardan daha çox istifadə etmələri, “sərinləyim”, deyə soyuq su, soyuq içkiləri həddindən artıq çox qəbul etməsi, həm mədə-bağırsaq pozuntusuna, həm də soyuqlamaya, bunun nəticəsi olaraq da xəstələnmələrə, qızdırma, boğaz ağrısına səbəb olur. Əlbəttə, burada yoluxma statistikasında son günlər müşahidə edilən artımın da rolu var. Bildiyimiz kimi koronavirusun daha bir neçə yeni ştammı ortaya çıxdı, yoluxma sayı artdı, bunlar hamısı əhali arasında xəstələnmələrə, yoluxmalara səbəb oldu. İsti havada qidalanmaya xüsusi diqqət verilməlidir. Yağlı, ağır yeməklərdən uzaq durmaq lazımdır. Qidaların saxlanma şəraitinə, istifadə müddətinin bitib-bitmədiyinə diqqət edilməlidir. İsti havada qidalar çox tez pozulur, tərkibində dəyişiklik baş verir və zəhərlənmələrə gətirib çıxarır. Hazırda fast-fud yeməkləri geniş yayılıb və isti havalarda bu, çox təhlükəlidir. Qida zəhərlənmələri ilə yanaşı, dərmandan zəhərlənmələrin də sayı artıbsa, bu artıq ciddi siqnaldır. Problem bundadır ki, vətəndaşlar bəzən həkim təyinatı olmadan, dərmanlar qəbul edir. Kimsə hansısa dərmanı məsləhət görür, insan da orqanizmi üçün bu dərmanın uyğun olub-olmadığını bilmədən qəbul edir. Hər orqanizm individualdır və həkim məsləhəti, həkim təyinatı olmadan dərman preparatı qəbul etmək, yaxud hansısa preparatın inyeksiya formasında orqanizmə yeridilməsi zəhərlənmələrə, insanın şoka düşməsinə, hətta ölümə də səbəb ola bilir. Birincisi, vətəndaş xəstələnmənin səbəbini, xəstəliyinin nədən ibarət olduğunu bilməlidir. Bu müəyyənləşəndən sonra həkimin təyinatı üzrə müalicəyə başlamalıdır.
Hazırda mədə-bağırsaq pozuntuları, ishal da çox yayılıb. Lakin bunun virus mənşəli, yoxsa qidadanmı, yaxud soyuqlamanın təsiri ilə olduğu, əvvəlcə müəyyənləşməlidir. Virus mənşəli xəstəliyin müalicəsiylə, bildiyimiz adi mədə, bağırsaq soyuqlaması fərqlidir və müalicə üsulları da başqadır.
Məsləhətimiz budur ki, vətəndaşlar əllərinə keçən dərmanları qəbul etməsin. Qeyri-müəyyən, orqanizmdəki pozuntulara adekvat olmayan dərmanları qəbul etmək təhlükəlidir. Dərmanların saxlanma şəraitinə də diqqət edilməlidir. Dərman preparatları istehsalçının, əczaçıların məsləhət bildiyi formada və şəraitdə saxlanmalıdır. İnsanlar var ki, baş ağrısına qarşı, gün ərzində bəzən 3-4 “Nimesil” qəbul edir. Bizim əhali “Nimesil” “həvəskarı”dır. Əlbəttə, gün ərzində 3-4 “Nimesil” içən adam zəhərlənəcək.
Həkim bildirdi ki, isti havalarda kimyəvi zəhərlənmələrdən də ehtiyatlı olmaq, spirtli içkilərdən uzaq durmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm