Loqoped: Kəkələmə genetik faktorlardan da asılı ola bilər
08:43 19.07.2024
Sağlamlıq
709
Nitq qüsuru nə qədər erkən aşkarlanarsa, bir o qədər uğurlu müalicə olunar
Kəkələmə nitqin tempo-ritmik tərəfinin pozulmasına aid olub, nitq aparatının əzələlərinin qıcolma spazmlarının nəticəsində nitqdə fasilələrin, təkrar olunmaların, uzadılmaların müşahidəsidir.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq yüksək aktivlikdir.
“Bu aktivliyin yaranmasının dəqiq səbəbləri bu gün də məlum deyil. Həkimlər kəkələmənin inkişafı üçün yalnız risk qruplarını müəyyən edirlər. Bura qıcolmalara meyillilik, sinir sisteminin həssaslığı və s. aid edilir”.
A.Ələkbərova qeyd edib ki, genetika sahəsində aparılan son araşdırmalara görə, irsi kəkələmə bir ailənin bir neçə nəslin nümayəndələrində özünü göstərə bilər:
“Uşağın mərkəzi sinir sistemi, nitq aparatının inkişafının zəifliyi olduğu hallarda irsi kəkələmə müşahidə edilir. Kəkələmə oğlanlarda qızlara nisbətən 4 dəfə artıq müşahidə olunur”.
Nevroloq Ruhiyyə İbrahimlinin “Şərq”ə açıqlamasına görə, uşaqlarda kəkələmə nitq qüsuru nə qədər erkən aşkarlanarsa, bir o qədər uğurlu müalicə olunur. İlk olaraq uşaqlarda kəkələmənin səbəbi (beyin mənşəli, dil problemi, genetik olması və s.) araşdırılmalı və müvafiq müalicə təyinatı verilməlidir: “Kəkələmənin meydana gəlməsi, təbii ki, genetik faktorlardan da asılı ola bilər. Bu, əsasən uşaqlarda olur. Onlarda istənilən ünsiyyət zamanı bu əlamətlər kəskin hiss olunur.
Sonradan meydana gələn kəkələmə əlamətləri isə həm də böyük insanlarda müşahidə oluna bilir. Bunun əsas səbəbi travmalar, psixoloji pozuntuların nəticəsi kimi və ya qorxulu və şiddətli situasiyalardır. Kəkələmənin inkişaf etmə səbəbləri arasında uşağın baş beyninin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları, beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması xüsusi diqqət çəkir.
Bu tip kəkələmə uşaqlardan fərqli olaraq böyüklərdə hər zaman deyil, həyəcanlı vəziyyətlərdə, böyük kütlə qarşısında çıxış edərkən, mübahisə edərkən və s. hallarda ortaya çıxır. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibdə kəkələmənin inkişafetmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmə insan psixikasına mənfi təsir edən uzun sürən vəziyyətlərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm