Mədə kiçiltmə əməliyyatı faciə ilə bitdi
Yusif Nəzərli
23:30 04.08.2022
Sağlamlıq
581
20 gün süni nəfəs aparatına qoşulub, lakin oyanmayıb
Mədə kiçiltmə əməliyyatı 52 yaşlı qadının ölümünə səbəb olub. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə Türkiyədə, Afyonkarahisar Tibb Elmləri Universitetinin xəstəxanasında baş verib. 2 övlad anası, 52 yaşlı Sərpil Aydəmir mədə kiçiltmə əməliyyatı üçün bu xəstəxanaya müraciət edib. Əməliyyatdan 2 gün sonra qadın xəstəxanadan çıxıb. Evinə qayıtdıqda səhhəti ağırlaşıb və yenidən xəstəxanaya gətirilib.
2 ay reanimasiya şöbəsində müşahidə altında saxlanıb. Qadının İHA-ya danışan bacısı oğlu Gökhan Kocaman xalasının həkim tərəfindən əməliyyata razı salındığını deyib: “Xalamda iltihablı revmatizma vardı. Amma cərrah-həkim bunun əməliyyat üçün problem olmadığını söyləyərək xalamı yola gətirdi. Daha sonra xalam əməliyyat edildi. Evə gəldikdən 3 gün sonra isə vəziyyəti pisləşdi. Övladları onu xəstəxanaya aparıblar, amma orada ilkin müdaxilə gec başlayıb. Xalam huşunu itirdikdən sonra onu reanimasiya şöbəsinə yerləşdiriblər. 20 gün süni nəfəs aparatına qoşulub, lakin oyanmayıb.
Həkimdən məlumat almaq istədik, onunla əlaqə yarada bilmədik. Bizimlə əlaqə saxlamadı, məlumat vermədi. Həkim köməkçisi vasitəsilə bizə “qorxmayın, ölüm riski yoxdur” dedi, amma xalam vəfat etdi”.
Qadın əməliyyatdan sonra evə buraxıldığında ağzından, bağırsağından qan gəlib. Daxili qanaxma başlayıb. Xəstə daxili qanaxmadan həyatını itirib. G.Kocaman xalasının ölümüylə bağlı xəstəxana və həkimdən şikayətçi olduqlarını və məhkəməyə müraciət etdiklərini bildirib.
Doğmaları qadının həyatının son dəqiqələrini videoya çəkiblər. Videoda qadının qanlar içində olduğu görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm