Məktəbdə vərəm xəstəliyi! - “Mütləq şəkildə peyvənd olunmalı...”
Yusif Nəzərli
14:42 10.04.2023
Sağlamlıq
813
Bir neçə gün əvvəl Bakının Binə qəsəbəsindəki orta məktəbdə vərəm xəstəliyinin aşkarlanması təşvişə səbəb olub. Səkkizinci sinif şagirdinin sözügedən xəstəliyə yoluxma xəbəri həyəcanla qarşılanıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan pediatr Vaqif Qarayev deyib ki, vərəm çöpləri tək məktəbdə yox, hər yerdə var:
“Bunu deməkdən yorulmuruq, insanlar son vaxtlar peyvəndə dırnaqarası baxırlar. Yoluxucu xəstəliklərdən qorunmağın iki yolu var. Birincisi, varsa, ya peyvənd vurdurmalı, ya da təcrid olunmalıdır. Bunu koronavirusda əyani gördük. Az qala iki il bununla bağlı söhbət və müzakirələr edildi.
Vərəmin də peyvəndi var, uşaqda davamlı imunitet yaratmaqdan ötrü bir neçə dəfə peyvənd vurulur. Müəyyən yaş qrupalrında, ən çox da məktəblilər vərəmə görə peyvənd vurdurmalıdır. Çünki onlarda kollektivdir. Yoluxma ehtimalı çoxdur. Vərəm tək tibbi deyil, həm də sosial problemdir. İnsanların iş, yaşayış şərait, gigiyenik normalara əməl edib-etməmələri böyük əhəmiyyət kəsb edir. Mənim fikrimcə, bu, daha çox sosial məsələdir.
Lakin müalicəsi, qorunması ilə tibb məşğul olur. Əvvəllər məktəblərdə gizli keçən vərəmi aşkar etmək üçün nişan qoyulurdu. İndi bilmirəm bu var, ya yox. Həmin işarə gizli keçən prosesi aşkar edirdi.
Dəridəki qızartıya görə müəyyən edilirdi, həkimlər qiymətləndirirdi ki, növbəti müayinəyə cəlb olunsun, ya yox. Bundan da əlavə müsbət nəticəsi olan uşaqlar nəzarətdə saxlanılırdı.
Müsbət cavab tam mənfi nəticə verənə qədər müalicə olunurdu. Vərəm həkim yoxlanışı zamanı da aşkar oluna bilərdi. Vərəm insanları çox həyəcanlandırır. Amma həyəcanlıq heç nə yoxdur. Altından xətt çəkərək deyirəm ki, vərəm müalicə olunan xəstəlikdir. Bir günə, bir həftəyə, bir aya sağalan xəstəlik də deyil.
Təkrar-təkrar müalicə olunmalı, valideynlər də ciddi şəkildə əməl etməlidirlər ki, tamamilə uşaq sağalsın. Vərəmdən sağalan kifayət qədər adam var. Bununla bərabər həkimə qulaq asmayıb ömür boyu vərəmlə yaşayan insanlar var.
Ən çox narkomanlar, bir də həbsxana həyatı yaşayanlar vərəmə yoluxur. Həyat şəraiti qeyri-qənaətbəxş olanlar daha tez yoluxurlar. Mütləq şəkildə peyvənd olunmalıdır, həkimin dediklərinə əməl etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya