Özəl klinikalar da mövcud qanunlara tabe olmalıdırlar - AÇIQLAMA
13:51 10.04.2024
Sağlamlıq
817
Lisenziyada icazə verilməmiş tibbi xidmətlərin göstərilməsi halları daha çox olur
"Lisenziya almaq üçün müraciət edənlər tibb müəssisəsinin hansı fəaliyyətlə məşğul olacağını, bunun üçün nə kimi tibbi avadanlıqlara, həkim heyəti və tibbi personala malik olduqlarını bildirir. Müraciətdə konkret qeyd edilir ki, müəssisədə bu kimi tibbi xidmətlər göstəriləcək. Bəzən belə hallar da olur ki, tibb müəssisəsi lisenziyada qeyd edilməmiş, icazə alınmamış fəaliyyətlə də məşğul olmağa başlayır. Daha gəlirli tibbi xidmətlər göstərilməyə başlanır. Başqa qayda, hüquq pozuntuları da ola bilir. Deyək ki, pasiyentin narazılığı, pasiyentin hüquqlarının pozulması, maliyyə hesabatlarıyla bağlı nöqsanlar və sair. Amma əsasən, lisenziyada icazə verilməmiş tibbi xidmətlərin göstərilməsi halları daha çox olur. Aparılan periodik yoxlamalar zamanı belə nöqsanlar aşkarlananda, tibb müəssisəsi bəzən cərimə edilir, bəzən də fəaliyyətinə xitam verilir. Burada qeyri-adi bir hal yoxdur. Özəl klinikalar da mövcud qanunlara tabe olmalı və qanundankənar fəaliyyət göstərməməlidir".
Səhiyyə Nazirliyi daha bir özəl klinikanın fəaliyyətini qadağan edib. Bu, "Medicare" Klinikasıdır. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilir ki, mərkəz 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb. Yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – "Medicare" Klinikası MMC-də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, təxminən 1 ay əvvəl "Para-Med Klinikası" cərimə edilmişdi. Məlumatda bildirilirdi ki, 2023-cü ildə lisenziya verilmiş “Para-Med Klinikası” Qapalı Səhmdar Cəmiyyətinə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması ilə bağlı qanunvericiliyin tələbini pozduğuna görə cərimə yazılıb. Klinika barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib. Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinikaların cərimə edilməsi, lisenziyaların ləğvi qanunidirmi?
Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimi, terapevt Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, özəl tibb müəssisələrinin fəaliyyətinə icazə konkret qaydalar, tələblər üzrə verilir:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya