Professor: "COVAX-ın Azərbaycana vaksin verməməsi ÜST-ün prinsiplərinə ziddir"
15:54 24.03.2021
Sağlamlıq
640
“COVAX Avropada koronavirus əleyhinə istehsal olunan bir neçə vaksini Azərbaycana göndərilməli olsa da, təəssüf ki, məsələ hələ də həllini tapmayıb”.
Bunu “Report”a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, COVID-19-a qarşı vaksinlərin ədalətli bölüşdürülməsi prinsipinə əməl edilmir: “Bu, təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizə prinsiplərinə ziddir. Nəzərə almaq lazımdır ki, pandemiya bir ölkənin deyil, bütün dünyanın problemidir. Ona görə də problemi həll etmək üçün gərək qarşılıqlı həmrəylik nümayiş etdirilsin”.
A.Qeybulla qeyd edib ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə vaksin əldə edərək Cənubi Qafqazda vətəndaşların vaksinasiyasına başlayan ilk ölkə olub:
“Artıq yanvar ayının 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Hər halda çıxış yolu tapdıq. Amma bu, Azərbaycana qarşı ədalətsiz mövqe kimi qiymətləndirilməlidir. Bunun başqa izahı da yoxdur. Azərbaycana qarşı ikili standartlar Qarabağ və digər məsələlərdə də hər zaman mövcud olub”.
Qeyd edək ki, hazırda Azərbaycanda yalnız “CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 494 403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm