ABŞ Estoniyaya HIMARS raketləri göndərdi

HIMARS çoxnövlü raket sistemi üçün 70 kilometrlik raketlərin bir partiyası ABŞ-dən Estoniyaya çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın dövlət televiziyası ERR Estoniyanın müdafiə naziri Martin Heremə istinadən məlumat yayıb.

Baltikyanı respublikanın Müdafiə Nazirliyi sursat təchizatının gecikdiyini qeyd edib. Portalın məlumatına görə, ABŞ yazda Yaxın Şərqdəki müharibə səbəbindən təchizatı dayandırıb.

Tallinn təxminən 70 km mənzilli həm GMLRS raketlərini, həm də 300 km-ə qədər mənzilli ATACMS raketlərini sifariş edib.