Professor: “Peyvənd məsələni kökündən həll etməyəcək”
Yusif Sultanoğlu
12:22 17.11.2020
Sağlamlıq
802
“Peyvənd məsələsinə xüsusi diqqət ayırmaqdansa, daha çox karantin qaydalarına fikir vermək lazımdır”
“Əfsuslar olsun ki, bu gün karantin qanunları arxa plana keçib”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVİD-19 –un vaksinindən danışıb. O, qeyd edib ki, peyvənd COVİD-19 pandemiyasının qarşısını ala bilməyəcək:
“Vaksin yalnız əllərində olan vasitələri tamamlayacaq, təkbaşına pandemiyaya son qoymayacaq. ÜST-ün baş direktoru həmçinin bildirib ki, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunmasına üstünlük veriləcək. Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.
Məlum məsələni “Sherg.az”a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, vaksindən daha çox izolyasiya qaydalarına diqqət ayırmalıyıq:
“Məsələ burasındadır ki, koronavirusun mutasiya prosesində çoxlu sayda mutasyon formaları əmələ gəlir.Vaksin bütün o formaları əhatə edə bilməz.
Ona görə peyvəndi məsələni kökündən həll edən bir vasitə kimi dəyərləndirmək olmaz. Söhbət bundan gedir. Bütün dünya əhalisinin vaksinasiyası da mümkün deyil.
O hamıya çatana qədər koronaviorus da yoxa çıxıb, gedəcək. Düşünürəm ki, peyvənd məsələsinə xüsusi diqqət ayırmaqdansa, daha çox karantin qaydalarına fikir vermək lazımdır.
Əfsuslar olsun ki, bu gün karantin qanunları arxa plana keçib. Qaydalara əməl etmək lazımdır. Bir dəfə deyilibsə, riayət olunmalıdır.Təəssüf ki, əməl edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm