
Professordan həyacan təbili: Elektron siqaretlər...
11:49 20.05.2024
Sağlamlıq
578
Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı kifayyət qədər çoxdur. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir. Lakin bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Azərbaycanda da ötən ay qanunverici orqanda bu məsələ müzakirə olunub, deputatlar elektron siqaretlərin ölkədə istifadəsinin qadağan edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Bəzi deputatlar isə adi siqaretin elektron siqaretdən daha çox zərər verdiyini bildiriblər.
Bəs elektron siqaretlər haqqında deyilənlərin hansı doğrudur? Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan professor Adil Qeybulla deyib ki, elektron siqaretlər zərərliliyinə görə,heç də ənənəvi siqaretlərdən geri qalmır:

"Onlarda olan nikotinin miqdarı 6 mq-dır. Yəni, ənənəvi siqaretlərdəki ilə eyni səviyyədədir. Elektron siqaretlərdə istifadə olunan qatqılar buxarlanarkən nəfəs yoluna düşür. Bu ideya 70-ci illərdə ortaya atıldı. Guya, siqareti tərgitmək üçün yaranan vasitələrdən biri idi. Elektron siqaretlərin istehsalına isə, əsrin sonlarında başlanılıb. Hazırda ölkəmizdə bu vasitədən istifadə edənlərin sayı çoxdur. Təəssüf ki, siqaret çəkənlərin sayı da durmadan artır. Bütün bunlar çox ciddi problemlərə səbəb olur. Birinci növbədə elektron siqaretlərin istehsalı dayandırılmalıdır. Dünya Səhiyyə Təşkilatı bununla bağlı tədbirlər görməlidir. Bunu ayrı-ayrı ölkələrin qadağan etməsi heç nəyi həll etməyəcək. Siqaret çəkən şəxslərə diskriminatsiya gərəklidir. İnsanların kütləvi toplaşdığı yerlərdə siqaret çəkmək qadağan edilməlidir. Əslində siqareti tərgitmək üçün müxtəlif metodlar tətbiq olunur. Ancaq siqaretin ölkəyə gətirilməsi qadağan olunsa belə, vətəndaşlar müxtəlif yollardan istifadə edəcəklər. Maarifləndirmə tədbirlərinə ehtiyac var. Lakin bu söz təbliğatından ibarət olmamalıdır. Çoxsaylı kompleks addımlar atılmalıdır ki, insanlar siqaretin insan sağlamlığına ağır təsirini anlasınlar və ondan uzaqlaşsınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region